Şriftin ölçüsü :

Saytın rəngi :

18 may 2016-cı il tarixdə Ucar rayon Veteranlar parkında kitab bayramı keçirilmişdir.

18 may 2016 | 16:00

18 may 2016-cı il tarixdə Ucar rayon Veteranlar parkında kitab bayramı keçirilmişdir.

Əvvəlcə  tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin abidəsi özünə gül dəstələri qoydular.

Hərbi-vətənpərvərlik mövzusunda təşkil olunan tədbiri rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Alı Babayev tədbiri açaraq Laçın rayonunun işğalı haqqında, kitab bayramının keçirilməsinin mahiyyəti, Azərbaycan ordusunun  aprel ayının əvvəlində Ermənistanın törətdiyi təxribatın qarşısının alarkən göstərdiyi sücayətlər haqqında məlumat verdi.

Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Bəsirə Abbasova, rayon İcra Hakimiyyəti Başçısının müavini–ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Şəhla Abdullayeva kitabxanaçılar qarşısında duran vəzifələrdən danışaraq qeyd olundu ki, ümummilli lider Heydət Əliyevin təbirincə  desək “Hər bir xalqın ucalığını onun bilik səviyyəsi müəyyən edir”.

Rayon məktəbliləri hərbi-vətənpərvərlik mövzusunda kompozisiya ilə çıxış etdilər.

Keçidlər