Şriftin ölçüsü :

Saytın rəngi :

28 May–Respublika Günü qeyd olundu

27 may 2016 | 16:00

27 may 2016-cı il tarixdə Heydər Əliyev Mərkəzində 28 May–Respublika gününə həsr olunmuş dəyirmi masada elmi-praktik konfrans keçirilmişdir.

Əvvəlcə rayon ictimaiyyətinin nümayəndələri Ulu Öndərin adını daşıyan Heydər Əliyev parkında Ümummilli Liderin abidəsi önünə gül dəstələri qoydular.

Konfransı giriş sözü ilə açan rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Əliş Cəbrayılov açaraq qeyd etdi ki, tarix XX əsrin əvvəllərində Azərbaycan xalqı üçün misilsiz bir hədiyyə bəxş etdi. 1918-ci il mayın 28-də Tiflis şəhərində Azərbaycanda müstəqil dövlətin–Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığı elan olundu.

Azərbaycanın dövlət müstəqilliyi xalqımızın tarixi nailiyyətidir.

Şəhər 2 saylı tam orta məktəbin  tarix müəllimi Rəna Hüseynova “AXC–yarandığı tarixi şərait və fəaliyyəti dövrü 1918-1920-ci illər”, rayonun Küçəkənd kənd tam orta məktəbin tarix müəllimi Elvin İsmayılov “Şərqdə ilk Demokratik Parlamentin formalaşması”, rayonun Alpı kənd tam orta məktəbinin direktoru Rauf  Məmmədov “Müstəqil Azərbaycan dövləti Azərbaycan Xalq Cümhuriyyətinin varisidir” mövzusunda çıxış etdilər.

Natiqlər vurğuladılar ki, 28 May odlar yurdu Azərbaycanımızın tarixində çox önəmli günlərdən biridir.1918-ci il may ayının 28-də Şərqdə ilk demokratik respublika-Azərbaycan Xalq Cümhuriyyəti yarandı.1918-ci il mayın 28-də-Gülüstan və Türkmənçay müqavilələrindən sonra müstəqilliyini itirən, yüz ildən artıq müstəmləkə şəraitində yaşayan, mədəniyyəti, dili, dini sıxışdırılan Azərbaycan azadlığa çıxmışdır. 1918-ci il mayın 28-də “İstiqlal bəyannaməsi”ndə Azərbaycanın müstəqil dövlət olduğu elan edilirdi. Azərbaycan Xalq Cümhuriyyəti müsəlman-şərqində yaranmış ilk xalq-demokratik respublikası idi.

Bu il ikinci dəfə müstəqilliyimizin qazanılmasının 25-ci ildönümü qeyd olunacaqdır. Fəxarətlə qeyd edə bilərik ki, bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi uğurla davam etdirilir. Bu sahədə qazanılmış nailiyyətlər qürur doğurur. Respublikamızda siyasi, iqtisadi və sosial islahatlar uğurla həyata keçirilir, ölkə iqtisadiyyatı dönmədən inkişaf etdirilir, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün təsirli tədbirlər davam etdirilir.

Müstəqil dövlətimizin qədrini bilmək, onu qorumaq, inkişafına əlimizdən gələn köməyi göstərmək hər birimizin müqəddəs borcudur.

Keçidlər