Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyevin vəfatının 13-cü ildönümü

12 dekabr 2016 | 16:00

12 dekabr 2016-cı il tarixdə saat 1030-da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 13-cü  ildönümü münasibətilə  rayon mərkəzindəki Ulu Öndərin abidəsinin önündə anım mərasimi keçirilmişdir. Mərasimdə rayon İcra Hakimiyyəti Başçısı Aparatı, hüquq-mühafizə orqanları, rayonun bütün ümumtəhsil məktəblərinin kollektivləri və şagirdləri, idarə, müəssisə və təşkilatları, rayon ictimaiyyəti kütləvi şəkildə Ulu Öndərin abidəsi önünə gül dəstələri qoyaraq ziyarət etmişlər.
Həmçinin rayonun Qazıqumlaq və Çiyni kəndlərində yerləşən  abidəsinin önündə ərazidə yaşayan və fəaliyyət göstərən idarələrin iştirakı ilə anım mərasimi keçirilmişdir.
Həmin tarixdə saat 1200-da rayon mərkəzində yerləşən  “Aran” sarayda Ulu Öndərin xatirəsinə ehsan verilmişdir.

Keçidlər