Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü qeyd olundu

10 may 2017 | 16:00


Ucar rayon ictimaiyyətinin nümayəndələri 10 may 2017-ci il tarixdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə rayon ictimaiyyətinin nümayəndələri rayon mərkəzindəki abidənin önünə gül-çiçək dəstələri qoydular.

Daha sonra ümumrayon iməcliyi başlanıldı. Şəhərin Heydər Əliyev prospekti və ictimai yaşayış binalarının ərazisinə, Göyçay-Ucar avtomobil yolunun Ucara giriş hissəsinin ətrafına, 20 Yanvar, M.Ə.Rəsulzadə, Azərbaycan və 28 May küçələrinə 1550 ədəd müxtəlif ağac növləri əkildi.

Keçidlər