Şriftin ölçüsü :

Saytın rəngi :

“Hər bir istehlakçı öz hüquqlarını bilməli və tələb etməlidir” mövzusunda konfrans keçirildi

19 yanvar 2018 | 16:00

19 yanvar 2018-ci il tarixdə YAP Ucar rayon təşkilatının iclas zalında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti rayonda aidiyyatı dövlət orqanlarının, ictimai təşkilatların, sahibkarlıq subyektlərinin, istehlakçıların və kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə “Hər bir istehlakçı öz hüquqlarını bilməli və tələb etməlidir” mövzusunda konfrans keçirmişdir.

Konfransı giriş sözü ilə açan Ucar rayon İcra Hakimiyyəti Başçısının müavini-ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Şəhla Abdullayeva qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin daim diqqət mərkəzində saxladığı məsələlərdən olan istehlakçıların hüquqlarının müdafiəsi ilə əlaqədar maarifləndirmə və təbliğat-təşviqat işlərinin gücləndirilməsi müstəsna əhəmiyyətə malikdir. Xüsusilə istehlakçıların və sahibkarlıq subyektlərinin maarifləndirilməsi bu sahədə daha yüksək nəticələr əldə edilməsinə imkan yaradır.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəis müavini Araz Əliyev konfransın keçirilməsində məqsədin istehlakçıların hüquqlarının qorunması sahəsində regionlarda mövcud vəziyyəti təhlil etmək, aidiyyatı dövlət orqanlarının bu sahədə vəzifələri barədə müzakirələr aparmaq, dövlət orqanları-istehlakçı əlaqələrində sivil münasibətlərin formalaşdırılmasına nail olmaq, istehlakçı hüquqları ilə bağlı regionlarda həyata keçiriləcək təbliğat-təşviqat və digər maarifləndirmə tədbirlərinin istiqamətlərini müəyyənləşdirməkdən ibarət olduğunu ətraflı şərh etdi.

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin şöbə müdiri Kamran Umudov “İstehlakçı hüquqlarının müdafiəsi ilə bağlı görülən işlər və qarşıda duran vəzifələr”, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin Aran regional bölməsinin müdiri Əfqan Əliyev “İstehlakçi mal alarkən nələrə diqqət yetirməli?”, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin hüquq şöbəsinin əməkdaşı Xalid Şahbazov “Ticarət qaydaları əleyhinə olan inzibati xətalara görə məsuliyyət və qərarların icra edilməməsinin hüquqi nəticələri”, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin sektor müdiri Yusif Hüseynov “Hər bir istehlakçı öz hüquqlarını bilməlidir” mövzusunda məruzə etdilər.

Eyni zamanda dövlət satınalmaları sahəsində qanunvericiliyin tələblərinə ciddi riayət olunması, dövlət satınalmalarının təşkili və aparılması üzrə satınalan təşkilatlara metodiki və təşkilati kömək göstərilməsi, dövlət satınalmalarına cəlb olunan mütəxəssislərinin ixtisas səviyyələrinin artırılması məqsədi ilə Ucar rayonunda fəaliyyət göstərən və malları(işləri, xidmətləri) dövlət vəsaitləri hesabına satın alan təşkilatların nümayəndələri üçün Dövlət Xidməti tərəfindən təlim də keçirildi.

Xidmətin nümayəndələri konfrans iştirakçılarının suallarını cavablandırdılar.

Keçidlər