Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar rayon İcra Hakimiyyəti Başçısı cənab Mənsur Məmmədovun Türkəci kəndində səyyarı qəbulu keçirildi

15 avqust 2018 | 16:00

2018-ci ilin avqust ayında başçının inzibati ərazi dairələri üzrə nümayəndəliklərində səyyarı qəbulların keçirilməsi davam etdirilməklə, Türkəci (Ənvər Məmmədxanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi) kəndində keçirilmişdir. Səyyar qəbulda  6 nəfərin müraciəti dinlənilmişdir.

Müraciətlərin 1 ədədi pay torpaqlarının suvarılması üçün “Tərs” deyilən su arxının 300 metr hissəsinin qazılaraq lildən təmizlənməsinə, 1 ədədi kənddə internetin sürətinin zəif olması, 1 ədədi şirə  kanalının qazılaraq lildən təmizlənməsinə, 1 ədədi pambıq sahəsinə gedən yolların hamarlanmasına,  1 ədədi kəndə içməli su xətti çəkilərkən yolun kənarlarına qoyulan bulaqların ətrafına çınqıl tökülərək hamarlanmasına və 1 ədədi təbii qazın verilişində fasillələrin az olmasına və təzyiqin artırılmasına köməklik barədə edilmişdr.

Müraciətlərin icrası ilə əlaqədar aidiyyatı təşkilatlara tapşırıqlar verildi.

Keçidlər