Şriftin ölçüsü :

Saytın rəngi :

05 oktyabr-Müəllim gününə həsr olunmuş yığıncaq keçirildi

04 oktyabr 2018 | 16:00

04 oktyabr 2018-ci il tarixdə YAP Ucar rayon təşkilatının iclas zalında rayon İcra Hakimiyyəti və YAP rayon təşkilatının birgə təşkilatçılığı ilə 05 oktyabr-Müəllim gününə həsr olunmuş yığıncaq keçirilmişdir.

Yığıncaq iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoydular. Ümummilli lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Dövlət himni səsləndi.

Yığıncağı YAP Ucar rayon təşkilatının sədri, rayon İcra Hakimiyyəti Başçısının müavini-ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Şəhla Abdullayeva açaraq qeyd etdi ki, cəmiyyətdə belə bir fikir formalaşıb ki, müəllim əməyi əsl vətənpərvərlik nümunəsidir. Müəllim təhsildə əsas sima, ən nüfuzlu şəxsdir. Azərbaycan dövləti onların şərəfli əməyini həmişə yüksək qiymətləndirib. Ümummilli lider Heydər Əliyev deyirdi: “Həyatını müəllimliyə həsr edən insanlar həqiqətən fədakar, xalqına, millətinə sədaqətli və eyni zamanda qəhrəmanlıq göstərən insanlardır”. Ulu Öndərin siyasi kursunun layiqli davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyev də milli təhsilin inkişafına xüsusi qayğı ilə yanaşır.

Şəhər 5 nömrəli tam orta məktəbin direktoru Hakim Nəcəfov, şəhər 3 nömrəli tam orta məktəbin dil-ədəbiyyat müəllimi Gülçöhrə Xəlilova, şəhər 6 nömrəli tam orta məktəbin direktoru Şəlalə Qədirova, Ağdaş Regional Mədəniyyət və Turizm İdarəsinin Ucar rayonu üzrə nümayəndəsi Alı Babayev və rayon Təhsil şöbəsinin müdiri Fuad İsrəfilov çıxışlarında ümummilli lider Heydər Əliyevin müəllim peşəsini yüksək qiymətləndirməsindən, müəllim peşəsini seçməkdən qürur duyduqlarını qeyd etdilər. Respublika Prezidenti cənab İlham Əliyevin təhsilə göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirdilər. Azərbaycanın dövlət siyasətində müəllimə daim hörmət və qayğı xüsusi yer tutub, ölkədə təhsil sahəsində yaddaqalan uğurlar qazanılıb. Qazanılan uğurları növbəti tədris ilində artırmaq yolunda əzmlə çalışacaqlarını vurğuladılar.

Rayonun ictimai-siyasi həyatında yaxından iştirak edən və tədris naliyyətləri qazanan bir qrup müəllimə - 16 nəfər rayon İcra Hakimiyyəti Başçısının Fəxri Fərmanı, bir qrup müəllimə YAP üzvülük vəsiqələri, bir qrup müəllimə YAP rayon təşkliatının hədiyyələri təqdim olundu.

Keçidlər