Şriftin ölçüsü :

Saytın rəngi :

18 oktyabr–Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi günü münasibətilə “Azərbaycanın müstəqillik yolu” mövzusunda elmi-praktik konfrans keçirildi

17 oktyabr 2018 | 16:00

17 oktyabr 2018-ci il tarixdə Ucar Gənclər Mərkəzində 18 oktyabr – Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi günü münasibətilə “Azərbaycanın müstəqillik yolu” mövzusunda elmi-praktiki konfrans keçirildi.

Əvvəlcə  konrans iştirakçıları Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoydular.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirildi.

Konfransı rayon Gənclər və İdman idarəsinin rəisi Əhliman İbrahimov tədbiri açaraq qeyd etdi ki, XX əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyətinin elan olunması ilə xalqımız Şərqdə ilk demokratik respublika qurdu. Amma bu dövlət cəmi 23 ay yaşaya bildi. Həmin əsrin sonunda-1991-ci il oktyabrın 18-də xalqımız dövlət müstəqilliyini bərpa etdi. Lakin o dövrdə Azərbaycan müstəqilliyi formal xarakter daşıyırdı, çünki Azərbaycan milli maraqlardan çox uzaq olan, səriştəsiz şəxslər tərəfindən idarə edilirdi. Bu da Azərbaycanın əsl müstəqil dövlət kimi formalaşmasına imkan vermirdi.

Əhliman İbrahimov qeyd etdi ki, yalnız 1993-cü il iyunun 15-də Ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə respublikamızda ali siyasi hakimiyyətə qayıtdıqdan sonra, onun böyük uzaqgörənliyi, zəngin idarəetmə təcrübəsi və qətiyyəti sayəsində Azərbaycanın əsl müstəqilliyi təmin edilib. Buna görə də Ulu öndər Heydər Əliyevin adı tariximizə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu kimi qızıl hərflərlə yazılıb.

“Azərbaycan Xalq Cümhuriyyəti və müstəqillik yolunun başlanğıcı” mövzusunda Qazıqumlaq 2 nömrəli tam orta məktəbin tarix müəllimi Tağı Nəbiyev, “Azərbaycanda dirçəliş hərəkatı və müstəqilliyin elan olunması” mövzusunda Gənclər və İdman idarəsinin aparıcı məsləhətçisi Nuru Piriyev və “Müstəqil Azərbaycan və müasir dövr” mövzusunda Rəstəcə kənd tam orta məktəbin direktoru, “Odlar Yurdu” hərbi-vətənpərvərlik klubunun sədri Rahib Rəsulov məruzə etdilər.

Rayon İcra Hakimiyyəti Başçısının müavini-ictimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Şəhla xanım Abdullayeva bildirdi ki, müstəqilliyimizin yenidən bərpa olunmasından keçən 27 il Azərbaycan tarixinə bir-birindən önəmli uğurlar yazıb. 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı, 1993-2003-cü illərdə həyata keçirdiyi düşünülmüş və məqsədyönlü siyasət bugünkü Azərbaycanın möhtəşəm uğurlarına yol açıb. 27 illik yolun ümumiləşdirilmiş ifadəsi bu günkü Azərbaycandır.

Sonda Müstəqil Azərbaycan və ölkədə baş verən quruculuq işlərini özündə əks etdirən video-çarx auditoriyaya nümayiş etdirildi.

Keçidlər