Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyasının yaranmasının 26 illik yubleyi ilə əlaqədar YAP Ucar rayon təşkilatı təntənəli tədbir keçirib

21 noyabr 2018 | 16:00

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin rayon mərkəzindəki  abidəsini ziyarət edərək abidənin önünə gül dəstələri qoydular.

Dövlət Himni səsləndirildi.

YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva  tədbiri açaraq qeyd etdi ki, ümummilli lider Heydər Əliyevin xeyir duası ilə yaranan Yeni Azərbaycan Partiyasının 26-cı ili tamam olur. Yeni Azərbaycan Partiyası sınaqlardan çıxmış, böyük və şərəfli yol keçmiş, bu gün Azərbaycan cəmiyyətində özünəməxsus yer tutmuş bir partiyadır.

Tədbirdə partiyanın ərazi təşkilatlarının sədrləri, partiya fəalları, rayonda partiyanın ilk üzvüləri, rayon təşkilatının yaradıcısı olan şəxslər və digər partiya üzvüləri iştirak edirlər.

Yeni Azərbaycan Partiyaının  yaranmasının 26 illik fəaliyyəti barədə YAP Ucar rayon təşkilatı Gənclər Birliyi İdarə Heyətinin üzvü  Ülvi Qəhrəmanzadə məlumat verdi.

Ucar rayon Heydər Əliyev Mərkəzinin direktoru Mətanət Qəribova,  rayon Təhsil şöbəsi ərazi təşkilatıənın sədri Yeganə Süleymanova, rayon təşkilatı Siyasi Şurasının üzvü Nurməmməd Tağıyev, rayon İcra Hakimiyyəti Başçısının Müsüslü kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəsi Fuad Bəbirxanov çıxış edərək partiyanın həyatında fəal iştirak etdiklərini vurğulamaqla Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin ətrafında sıx sıralarla birləşdiklərini bildirdilər.

Tədbirdə partiya sıralarına yeni qəbul olunanlara üzvülük vəsiqələri təqdim olundu, bir qrup partiya üzvü YAP Ucar rayon təşkilatının Fəxri Fərmanı ilə təltif olundu və bir qrup  partiya üzvüləri qiymətli hədiyyələr verildi.

Keçidlər