Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar rayon İcra Hakimiyyəti Başçısı cənab Mənsur Məmmədovun Yuxarı Şilyan kəndində səyyarı qəbulu keçirilib

03 aprel 2019 | 16:00

2019-cu ilin aprel ayında Ucar rayon İcra Hakimiyyəti başçısının və rayonun dövlət idarələrinin və xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə inzibati ərazi dairələri üzrə nümayəndəliklərində səyyarı qəbulların keçirilməsi davam etdirilməklə, növbəti qəbul Yuxarı Şilyan kəndində vətəndaşları narahat edən məsələlərin operativ həll olunması baxımıdan olduqca fəal və məsuldar keçirilmişdir.

Qəbulda İcra Hakimiyyətinin başçısı cənab Mənsur Məmmədov çıxış edərək kənd sakinlərinə səmimi görüş üçün minnətdarlığını bildirdi və respublikamızın bu günkü hərtərəfli inkişafı barədə ətraflı danışdı. Qeyd etdi ki, respublikada həyata keçirilən uğurlu siyasətinnəticəsidir ki, bu gün hər bir bölgəmizdə,o cümlədən rayonumuzda durmadan tikinti-abadlıq işləri aparılır, yeni yollar çəkilir, təhsil, səhiyyə müəssisələri inşa olunur,uşaq bağçaları tikilir, sosial layihələr həyata keçirilir.Kənd təsərrüfatı xüsusən rayonumuzda daha da inkişaf edib. Özəl sahəyə xüsusi diqqət yetirilir ki, bunun da nəticəsində sahibkarlığın inkişafı dəstəklənir, yeni-yeni istehsal və emal müəssisələri yaradılır. Görülən bütün bu işlər, bu inkişaf, həyata keçirilən tədbirlər sonda yalnız bir amala xidmət edir ki, bu da əhalimizin yaxşı yaşaması, onların sosial rifahının və həyat səviyyəsinin daha da yaxşılaşmasıdır. Bütün bunlar möhtərəm cənab Prezidentin vətəndaşalara qayğı və diqqətinin təzahürüdür.

Səyyar qəbulda  5 nəfərin 5 müraciəti dinlənilmişdir.

Müraciətlərdən 1 nəfər kənd qəbiristanlığının ətrafındakı şirə kanalının qazılaraq lildən təmizlənməsinə, 1 nəfər Kəsbər arxından gələn su qol arxının qazılaraq lildən təmizlənməsinə, 1 nəfər kənddə köhnə fermanın yaxınlığında 4 qəzalı vəziyyətdə olan elektrik dayaqlarının və bir neçə dayaqların üstündə olan izolyatorların dəyişdirilərək yenisi ilə əvəz edilməsinə, 1 nəfər kəndin “Veysəlli” adlanan ərazisindəki su arxının 1,0 km hissəsinin qazılaraq lildən təmizlənməsinə, və 1 nəfər xəstə oğlu Musa İnayətovun tibbi müayinəsi və müalicəsinə köməklik barədə etmişdilər.

Müraciətlərin icrası ilə əlaqədar aidiyyatı təşkilatlara tapşırıqlar verildi.

Kənd sakinləri İcra Hakimiyyəti başçısının kəndlərdə keçirdiyi bu kimi görüşlərdən məmunluqlarını ifadə etdilər. Onlar bildirdi ki, əhalinin rahatlığı naminə görülən bütün bu tədbirlər ölkə rəhbəri cənab İlham Əliyevin bizlərə diqqətidir. Biz bunu görürük və buna görə də cənab Prezidentə minnətdarlıqlığımızı bildiririk.

Keçidlər