Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar rayonunda çiyid səpini kampaniyasına start verilib

12 aprel 2019 | 16:00

Ucar rayonunda pambıqçılıqla məşğul olan torpaq mülkiyyətçiləri ciddi hazırlıqdan sonra çiyid səpini kampaniyasına start veriblər.

Hazırda səpin Qazyan, Lək və Xələc inzibati ərazi dairələrində aparılır. İlk gündən əkinə 3 səpin aqreqatı cəlb olunub. Kütləvi əkin üçün daha 2 səpin aqreqatı hazır vəziyyətdədir.

Cari mövsümdə 500.0 hektarda çiyid səpiləcəyi nəzərdə tutulub. Sahələr əkinə tam hazırdır. Şum vaxtında qaldırılıb, əkin sahələri arata qoyulub, kifayət qədər toxum tədarük edilib. Əkində “Bəyaz altun-440” lifsiz çiyid toxumundan istifadə olunur.

Sahibkarlar əkin kampaniyasını optimal müddətdə - aprelin üçüncü ongünlüyündə başa çatdırmaq əzmindədirlər.

Keçidlər