Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar rayon İcra Hakimiyyəti Başçısı cənab Mənsur Məmmədovun Qarabörk kəndində səyyarı qəbulu keçirilib

17 aprel 2019 | 16:00

2019-cu ilin aprel ayında Ucar rayon İcra Hakimiyyəti başçısının, Aparatın məsul işçiləri və rayonun dövlət idarələrinin və xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə inzibati ərazi dairələri üzrə nümayəndəliklərində səyyarı qəbulların keçirilməsi davam etdirilməklə, növbəti qəbul Qarabörk kəndində vətəndaşları narahat edən məsələlərin operativ həll olunması baxımıdan olduqca fəal və məsuldar keçirilmişdir.

Qəbulda İcra Hakimiyyətinin başçısı cənab Mənsur Məmmədov çıxış edərək kənd sakinlərinə səmimi görüş üçün minnətdarlığını bildirdi və bu gün Respublika Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurlu siyasətin mərkəzində vətəndaş amili dayanır. Görülən bütün işlərdə dövlətin vətəndaşına olan diqqət və qayğısını görmək olur. Ölkə başçısının son aylar imzaladığı fərman və sərəncamlar da bir daha onu sübut edir ki, atılan hər bir uğurlu addımın arxasında vətəndaş qayğıları və onların müsbət həll olunması dayanır. Kənd təsərrüfatı xüsusən rayonumuzda daha da inkişaf edib. Özəl sahəyə xüsusi diqqət yetirilir ki, bunun da nəticəsində sahibkarlığın inkişafı dəstəklənir, yeni-yeni istehsal və emal müəssisələri yaradılır. Görülən bütün bu işlər, bu inkişaf, həyata keçirilən tədbirlər sonda yalnız bir amala xidmət edir ki, bu da əhalimizin yaxşı yaşaması, onların sosial rifahının və həyat səviyyəsinin daha da yaxşılaşmasıdır. Bütün bunlar möhtərəm cənab Prezidentin vətəndaşalara qayğı və diqqətinin təzahürüdür.

Səyyar qəbulda  7 nəfərin 7 müraciəti dinlənilmişdir.

Müraciətlərdən 1 nəfər Göyçay rayonunun Xəlitli kənd ərazisindən keçib Qarabörk kəndinə gələn su arxına həmin kənddən çirkab suları buraxılır ki, onun qarşısının alınmasına, 3 nəfər şirə kanalının qazılaraq lildən təmizlənməsinə, 1 nəfər Qarabörk kənd məktəbinin yaxınlığından keçən qaz borusu qəzalı vəziyyətdədir, onun bərpasına, 1 nəfər özünün və 6 qonşusunun istifadə etmələri üçün 300 metr uzunluğunda işıq xəttinin çəkilməsi və yeni dayaq qoyulmasına və 1 nəfər yaşadığı evə gedən yola çınqıl daşı tökülərək hamarlanmasına köməklik barədə etmişdilər.

Müraciətlərin icrası ilə əlaqədar aidiyyatı təşkilatlara tapşırıqlar verildi.

Kənd sakinləri İcra Hakimiyyəti başçısının kəndlərdə keçirdiyi bu kimi görüşlərdən məmunluqlarını ifadə etdilər. Onlar bildirdi ki, vətəndaşlara olan diqqətə, göstərilən qayğıya görə razılıqlarını bildiriblər. Rayonda ölkə başçısının istəyinə uyğun olaraq vətəndaş amilinin ön plana çəkilməsini yüksək qiymətləndirdiklərini vurğulayıblar.

Keçidlər