Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar rayonunda futbol üzrə rayon çempionatı keçirilib

04 may 2019 | 16:00

19 aprel - 04 may 2019-cu il tarixlərdə Qaradağlı kəndində Ucar Rayon Gənclər və İdman İdarəsi tərəfindən “Ucar rayonunun yaranmasının 80 illiyi”nə həsr olunmuş bələdiyyə komandaları arasında futbol üzrə rayon çempionatı keçirildi.

Çempionatın keçirilməsində məqsəd rayonda futbolun kütləviliyinə nail olmaq, gənclərin və həvəskarların asudə vaxtının səmərəli təşkil edilməsi və fiziki sağlamlıqlarının möhkəmləndirilməsidir.

Yarışların keçirilməsi Ucar Rayon Gənclər və İdman İdarəsi tərəfindən təsdiq olunmuş hakimlər heyətinə həvalə edildi və oyunların baş hakimi Zaur Abdullayev oldu. Futbol üzrə rayon çempionatında 8 komanda 2 qrupda mübarizə apardı. Qrup oyunlarında ən çox xal toplamış komandalar yarımfinala vəsiqə qazandılar. Sonda Ucar və Qaradağlı komandaları finalda qarşılaşdılar. Ucar komandası 1:0 hesabı ilə qalib gələrək çempionatın qalibi oldu. Beləliklə çempionatda 1-ci yerə Ucar, 2-ci yerə Qaradağlı, 3-cü yerə isə Məlikballı komandaları layiq görüldülər. Qalib gəlmiş komandalar kubok və diplomlarla təltif olundu.

Sonda çempionatın ən yaxşıları müəyyən olundu: ən yaxşı qapıçı Röyal Ağayev (Ucar), ən yaxşı müdafiəçi Samir Məmmədov (Qaradağlı), ən yaxşı yarımmüdafiəçi Əli Muradov (Ucar), ən yaxşı hücumçu Xanlar Şirinov (Məlikballı), ən yaxşı oyunçu İrşad Mustafayev (Qaradağlı), ən yaxşı məşqçi Nəbi Əliyev (Qaradağlı).

Keçidlər