Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar rayon İcra Hakimiyyəti Başçısı Mənsur Məmmədovun Boyat kəndində səyyarı qəbulu keçirilib

14 avqust 2019 | 16:00


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı verdiyi tapşırıq və tövsiyyələri rəhbər tutaraq Ucar İcra Hakimiyyəti tərəfindən yerlərdə səyyar qəbulların keçirilməsi, vətəndaşların qaldırdıqları məsələlərin operativ həll olunması üçün müvafiq tədbirlərin görülməsi daim diqqət mərkəzində saxlanılır.

Ucar RİH Başçısı Mənsur Məmmədovun kəndlərdə səyyar qəbulun qrafiki üzrə növbəti görüşü 14 avqust 2019-cu il tarixdə rayonun Boyat kəndində keçirilmişdir.

Səyyar qəbulda rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri, RİHB-nın ərazi inzibati dairəsi üzrə nümayəndəsi, bələdiyyə sədri, kəndin digər xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişdir.

Səyyar qəbul-görüşdə çıxış edən Ucar rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov 30 aprel 2019-cu il tarixdə Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasının keçirildiyini bildirmiş, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələri barədə, Strateji Yol xəritələrində 2016-2018-ci illər ərzində görülmüş işlər və 2019-2020-ci illər ərzində görüləcək işlər barədə, qaz limitinin 1700 m3-dən 2200 m3-dək artırılması barədə əhaliyə məlumat vermişdir. Eyni zamanda respublikamızda qazanılan uğurlardan, eləcə də rayonumuzda aparılan tikinti-quruculuq işlərindən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən və bu sahədə qarşıda duran vəzifələrdən ətraflı danışmışdır.

Daha sonra rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov sakinlərin müraciətlərini dinləyib.

Səyyar qəbulda  4 nəfərin 5 müraciəti dinlənilmişdir.

Kənd sakinlərinin müraciətləri 1 nəfər Boyat kəndinin dörd yol adlanan ərazisində yararsız telefon dayağının dəyişdirilərək yenisi ilə əvəz edilməsinə, 1 nəfər Boyat bələdiyyəsində gözətçi işləmiş, yaranmış əmək haqqı borcunun ödənilməsinə, 2 nəfər su arxının qazılaraq lildən təmizlənməsinə və təbii qazın verilişində fasilələrin aradan qaldırılmasına köməklik olunması ilə bağlı olmuşdurlar.

Səyyar qəbulda iştirak edən sakinlər bu cür qəbbulların çox effektli olduğunu, qaldırılan problemlərin həll edildiyini önə çəkiblər.

Sakinlər yerlərdə müraciətlərə baxılması üçün yaradılan şəraitdən razılıq edərək göstərdiyi diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər