Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar rayonu Heydər Əliyev Mərkəzində “05 oktyabr-Müəllimlər günü” münasibətilə tədbir keçirilib

03 oktyabr 2019 | 16:00

03 oktyabr 2019-cu il tarixdə Ucar rayon Heydər Əliyev Mərkəzində Ucar rayon İcra Hakimiyyətinin  və YAP Ucar rayon təşkilatının birgə təşkilatçılığı ilə “05 oktyabr-Müəllim günü”  münasibətilə Ucar rayon pedaqoji kollektivlərinin nümayəndələrinin təntənəli tədbiri keçirilmişdir.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər çiçək dəstələri qoydular. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.

Rayon Təhsil şöbəsinin müdiri Fuad İsrəfilov, şəhər 3 saylı tam orta məktəbin ibtidai sinif müəllimi Şəlalə Həsənova, Pirkənd kənd tam orta  məktəbin coğrafiya müəllimi Ramilə Beydullayeva və şəhər 6 saylı tam orta məktəbin direktoru Şəlalə Qədirova çıxış edərək Azərbaycan müəlliminə göstərilən diqqət və qayğı üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına minnətdarlıqlarını ifadə etdilər.

Ucar Rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov çıxış edərək qeyd etdi ki, respublikamızda hər il onlarla peşələrin daşıyıcıları olan  insanların peşə bayramları qeyd olunur. Əlamətdar olanı isə odur ki, bütün bu peşə bayramlarında ən çox xatırlanan, ən çox haqqında danışılanlar bizim borclu olduğumuz müəllimlərdir. Bütün insanlara həmişə qayğı ilə yanaşan, onları layiqincə qiymətləndirən Azərbaycan xalqının görkəmli oğlu, ümummilli liderimiz Heydər Əliyev də “Mən yer üzündə müəllimdən şərəfli  ad tanımıram” demişdir. Doğrudanda bizim hər birimiz  həyatda qazandağımız mövqeyə görə Siz müəllimlərə borcluyuq. Ümummilli liderin layiqli davamçısı İlham Əliyev cənabları daima müəllimlərin fəaliyyətinə diqqət göstərməsinin nəticəsidir ki, 17 nəfər rayon müəllimi “Əməkdar müəllim” və “Tərəqqi” medalı ilə təltif olunmuşlar. 22 yeni məktəb tikilmiş, 15-dən artıq məktəb əsaslı təmir olunmuşdur. Dövlət Proqramı çərçivəsində yeni məktəblərin tikintisi davam edir.

Müəllimlərin bir qrupu Ucar Rayon İcra Hakimiyyəti Başçısının Fəxri Fərmanları ilə təltif olundular.

Yeni Azərbaycan Partiyasının üzvlərinə üzvülük vəsiqələri təqdim olundu və bir qrup YAP fəalı rayon təşkilatının hədiyyələri ilə mükafatlandırıldı.

Tədbirin sonunda bədii proqram təqdim olundu.

Keçidlər