Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar rayon İcra Hakimiyyəti Başçısı Mənsur Məmmədovun Müsüslü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində səyyarı qəbulu keçirilib

27 noyabr 2019 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı verdiyi tapşırıq və tövsiyyələri rəhbər tutaraq Ucar İcra Hakimiyyəti tərəfindən yerlərdə səyyar qəbulların keçirilməsi, vətəndaşların qaldırdıqları məsələlərin operativ həll olunması üçün müvafiq tədbirlərin görülməsi daim diqqət mərkəzində saxlanılır.

Ucar RİH Başçısı Mənsur Məmmədovun kəndlərdə səyyar qəbulun qrafiki üzrə növbəti görüşü 27 noyabr 2019-cu il tarixdə RİHB-nın Müsüslü kənd inzibati ərazi dairəsi üzrə (Müsüslü və Təzə Şilyan kəndlərini əhatə edən) nümayəndəliyində keçirilmişdir.

Səyyar qəbulda rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri, RİHB-nın ərazi inzibati dairəsi üzrə nümayəndəsi, bələdiyyə sədri, kəndin digər xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişdir.

Səyyar qəbul-görüşdə çıxış edən Ucar rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov  bildirib ki, cənab Prezident İlham Əliyev tərəfindən verilən tapşırıqların həyata keçirilməsi, əhalinin problemlərinin yerindəcə öyrənilməsi və operativ həlli üçün keçirilən bu cür görüşlərin önəmli olduğunu qeyd edərək, belə səyyar görüşlərin davamlı olacağını bildirib. Əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş son qərarlardan danışaraq bütün bunların vətəndaşlara olan dövlət qayğısının göstəricisi olduğunu bildirmişdir. Aqrar sahəyə göstərilən dövlət qayğısı nəticəsində kənd təsərrüfatının əhalinin rifahının yüksəlməsində mühüm rol oynadığını, daha təminatlı etdiyini qeyd edib.

Daha sonra rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov sakinlərin müraciətlərini dinləyib.

Səyyar qəbulda 7 nəfərin 8 müraciəti dinlənilmişdir.

Kənd sakinlərinin 1 müraciəti qəzalı vəziyyətdə olan elektrik xəttinin 50 metr hissəsinin bərpa edilməsinə, 1 müraciəti Müsüslü kənd tam orta məktəbə gedən yolun 400 metr hissəsinə çınqıl daşının tökülərək hamarlanmasına, 1 müraciəti şirə kanalının 3,0 km hissəsinin qazılaraq lildən təmizlənməsinə, 3 müraciəti qəzalı vəziyyətdə olan elektrik dayağının yenisi ilə əvəz edilməsinə, 1 müraciəti yaşadığı evə quraşdırılan yeni elektrik smartkart sayğacının yerləşdiyi qutunun yenisi ilə əvəz edilməsinə və 1 müraciəti pay torpaq sahəsinə gedən yolda su arxına su ötürücü boru qoyularaq yolun təmir olunmasına köməklik olunması ilə bağlı olmuşdurlar.

Qəbulda səslənən müraciətlər, təklif və rəylər dinlənildikdən sonra sakinlərə müvafiq izahatlar verilib, qaldırılan məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilat rəhbərlərinə yerindəcə tapşırıqlar verilib və onların həlli nəzarətə götürülüb.

Keçidlər