Şriftin ölçüsü :

Saytın rəngi :

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə Ucar rayonunda Ucar və Kürdəmir rayonlarının sakinlərini qəbul etdi

20 dekabr 2019 | 16:00

Prezident İlham Əliyevin tövsiyə və tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən vətəndaşların qəbulu davam etdirilir, onların müraciətləri dinlənilir, qayğı və problemləri operativ surətdə həll edilir. Mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin və onların müavinlərinin 2019-cu ilin dekabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən dekabrın 20-də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə Ucar rayonunda Ucar və Kürdəmir rayonlarının sakinlərini qəbul edib.

Ucarda keçirilən qəbuldan öncə nazir R.Quluzadə və Ucar rayon icra hakimiyyətinin başçısı Mənsur Məmmədov ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə çiçəklər düzüb, xatirəsini ehtiramla yad ediblər.

Heydər Əliyev Mərkəzində keçirilən qəbulda hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib. Müraciətlər əsasən işə qəbul, telefon çəkilişi, internet xidmətlərini genişləndirmək, nəqliyyat sahəsi ilə bağlı olub.

Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həll olunub, araşdırılması zəruri olan müraciətlər nəzarətə götürülüb və onların mövcud qanunvericiliyin tələblərinə uyğun və operativ həlli ilə nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib. Nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlər isə müvafiq orqanlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Keçidlər