Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar rayonunda dezinfeksiyaedici tədbirlər davam etdirilir

25 mart 2020 | 16:00

Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Ucar rayonunda tibbi-profilaktik, dezinfeksiyaedici və qabaqlayıcı tədbirlər davam etdirilir. Ucar rayon İcra Hakimiyyəti yanında yaradılan operativ qərargah Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tapşırıqlarına uyğun olaraq, koronavirus infeksiyasının yarada biləcəyi təhlükənin qarşısını almaq üçün təxirəsalınmaz tədbirlər həyata keçirir.

Ucar şəhərinin parklarında, çoxmənzilli binalarda, insanların çox toplaşdığı yerlərdə, bazar və digər satış mərkəzlərində təmizlik və dezinfeksiya işləri aparılır.

65 yaşından yuxarı rayon əhalisi arasında maarifləndirmə işləri də aparılır.

Rayon ərazisində dezinfeksiyaedici tədbirlər müntəzəm olaraq davam etdiriləcəkdir.

Keçidlər