Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar rayonunda dezinfeksiyaedici tədbirlər, insanlar arasında maarifləndirmə işləri aparılır və 65 yaşından yuxarı insanlara köməkliklər gündəlik olaraq davam etdirilir

31 mart 2020 | 16:00

31 mart 2020-ci il tarixdə Ucar şəhəri, Azərbaycan küçəsində və dalanlarında yerləşən evlərin ön hissələri, həmin küçədə yerləşən bütün ticarət və xidmət obyektləri, Heydər Əliyev prospekti, 115a nömrəli yaşayış binasında, prospektdə yerləşən ticarət və xidmət obyektlərində dezinfeksiya işləri aparılmış, prospektin hərəkət hissəsi dezinfeksiya məhlulu ilə yuyulmuşdur.

31 mart 2020-ci il tarixdə Ucar Rayon İcra Hakimiyyətinin və RİHB-nın Qaradağlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin əməkdaşları tərəfindən Qaradağlı kənd sakinləri 1951-ci ildə anadan olmuş Səmədova Həqiqət Əli qızı və 1925-ci ildə anadan olmuş Quliyeva Suxarə Nəsib qızı yaşadıqları evdə ziyarət edilərək problemləri ilə maraqlanılmış, onlar pulsuz ərzaqla təmin edilmiş, tibbi ləvazimatlar verilmiş, xəstəlikdən qorunmaq üçün maarifləndirici söhbət aparılmış və mütəmadi əlaqə saxlanılması üçün əlaqə nömrələri götürülmüşdür.

Ümumiyyətlə, bütün rayon ərazisində tənha və kimsəsizlərlə gündəlik görüşülərək problemləri ilə maraqlanılır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ucar rayon şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində yaşayan və qeydiyyatda olan 110  nəfər tək və kimsəsizlə hər gün əlaqə saxlanılır, problemləri öyrənilir və ehtiyac olduğu təqdirdə dərhal müvafiq köməklik göstərilir.

Əlavə olaraq rayon şöbəsi tərəfindən yaşı 65-dən yuxarı olan 29 nəfər qeydiyyata alınıb, onlara da mütəmadi xidmət göstərilir.

Qeyd olunan bütün tənha və qoca şəxslərin evlərdə ərzaqla, tibbi ləvazimatla təminatı həyata keçirilir, maarifləndirici söhbətlər aparılır, yaranmış problemləri həll olunur.

#EvdəQal

Keçidlər