Azərbaycan Respublikası Prezidentinin “Vətən müharibəsi şəhidlərinin yad edilməsi haqqında” 3 dekabr 2020-ci il tarixli sərəncamına əsasən Ucar rayonunun bütün ərazisində 4 dekabr 2020-ci il tarixdə saat 12:00-da şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının rəhbərləri rayon Şəhidlər Xiyabanında şəhidlərin məzarını ziyarət etmişdir.