Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon haqqında

          Ucar rayonu 24 yanvar 1939-cu ildə təşkil olunmuşdur. Ərazisi 853 kvadrat kilometrdir. Əhalinin sayı 01 yanvar 2023-cü il tarixə 84494 nəfər  olmaqla, 41716 nəfəri kişi, 42778 nəfəri qadındır. Əhalinin orta sıxlığı 1 kvadrat kilometrə 102 nəfərdir. 

          Ucar rayonu ilə Bakı şəhəri arasındakı məsafə 234 kilometrdir. Rayonun tabeliyində 1 şəhər, 15 kənd ərazi vahidi vardır. Kəndlərin sayı 29-dur. Rayonun mərkəzi Ucar şəhəridir.

          Ucar rayonu 24 yanvar 1939-cu ildə müstəqil rayon kimi təşkil olunana qədər Göyçay rayonunun tərkibində olmuşdur.

          Rayonun adı, qədim yaranma tarixi haqqında müxtəlif fikirlər söylənilir.

          Ərəb coğrafiyaşünası Əl-Sitəkrinin "Məmləkətlərin yolları" kitabında adı çəkilir.

          Ucar Azərbaycanda orta əsr şəhəri kimi qeyd olunur.

          XV əsrdə yaşamış Azərbaycan şairi Bədr Şirvaninin yazılarında Ucar sözünə rast gəlinir.

          Bəzi mülahizələrə görə rayonun adı qədim Şirvanda yaşamış "Uçar" tayfasının adından götürülmüşdür. Ucar sözünün "Ucqar" sözündən götürülməsi fikrini söyləyənlər də var. Hazırda Ucar rayonunun respublikamızın mərkəzi hissəsində yerləşməsinə baxmayaraq vaxtı ilə Şirvanşahların paytaxtı Şamaxı şəhərindən ən ucqar ərazidə yerləşdiyinə görə adının "Ucqar" sözündən götürüldüyü də ehtimal olunur.
 

Keçidlər