Şriftin ölçüsü :

Saytın rəngi :

Məmmədov Kənan Nifdalı oğlu

_______________________________

Soyad:             Məmmədov

Ad:                   Kənan

Ata adı:            Niftalı

Doğum tarixi:  22.10.1993

Şəhid olub:     02.10.2020

Rütbə:             Leytenant

 

Təltifləri

      


«Rəşadət» ordeni, «Vətən uğrunda» medalı, «İgidliyə görə» medalı, «Kəlbəcərin azad olunmasına görə» medalı, «Vətən müharibəsi iştirakçısı» medalı

Qəhrəmanlar can verir, yurdu yaşatmaq üçün... O qəhrəmanları yaşadanlar isə ailələri, yarım qalan, amma bitmək bilməyən sevgiləri olur. Elə Şəhidimizin həyat yoldaşı Günel Məmmədova kimi. Şəhid yoldaşının xatirələri də elə Şəhidimizin arzuları kimi idi: Vətən, Vətən...

“Məmmədov Kənan Niftalı oğlu 1993-cü il oktyabrın 22-də Ucar rayonunun Alpout kəndində anadan olub. 2000-ci ildə Alpout kənd 2 saylı məktəbin 1-ci sinfinə daxil olan Kənan 2011-ci ildə həmin məktəbdən məzun olaraq hərbi xidmətə yollanır. Kənan xidməti boyunca dəfələrlə təşəkkürnamələrlə təltif olunub. 1 il 6 ay hərbi xidməti bitirdikdən sonra Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin Rus dili ədəbiyyatı fakültəsinə qəbul olur. Amma Onun xəyalları həmişə hərbi idi. Kənan hələ kiçik yaşlarından rus dilini ana dili kimi bilmiş, ingilis, türk, həmçinin erməni dilini də mükəmməl öyrənmişdir.

2017-ci ildə universiteti əla qiymətlərlə bitirən Kənan öz arzularını gerçəkləşdirməyə başlayır. Elə həmin il Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzinə daxil olur. Mərkəzi birinciliklə bitirərək fəxri fərman və Leytenant rütbəsi alan Kənan bundan sonra ezamiyyət alaraq ön postlarda düşmənlə üz-üzə aylarca tağım komandiri vəzifəsində xidmət etmişdir. Onun arzusu həmişə Qarabağı azad etmək idi. Bu arzusunu yaxından gerçəkləşdirmək üçün dünyanın ən çətin kursu olan Xüsusi Təyinatlı Qüvvələrin kursuna yazılır. Bu kursda həm aclıq, həm müxtəlif çətin imtahanlardan keçən Kənan 5 aylıq kursu yenə fərqlənmə ilə bitirərək Müdafiə Nazirliyinin əmri ilə X saylı hərbi hissədə Xüsusi Təyinatlı qrupun komandiri vəzifəsinə təyin olunmuşdur. O, xidməti boyunca bir çox kurslarda və təlimlərdə iştirak etmişdir. Döyüş taktikasını mükəmməl və dərindən bilən zabitlərdən biri idi.

Sərbəst paraşütdən atlama, SAT və başqa kurslardan keçmişdir. Və zaman gəldi Kənanın arzusunun gerçəkləşməsinə.Kənan Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı gedən döyüşlərdə iştirak edib.

Kənan bu müharibəyə çox hazır və həvəslə getmişdi. Demişdi ki, bu torpaqları canımızı versək də alacayıq. Elə də oldu. Kəşfiyyatçı Kənan Murovdağa ilk ayaq basanlardan biridir. O, ən öncə gedərək Murovdağı düşməndən qəhrəmancasına azad etmişdir. Başqa bir çox əməliyyatlarda, tapşırıqlarda qəhrəmancasına iştirak etmiş Kənan 29.09.2020-ci ildə Şəhidlik zirvəsinə ucalmışdır”.

Məmmədov Kənan Niftalı oğlu Şəhadətindən sonra  “Vətən uğrunda”, "İgidliyə görə”, "Kəlbəcərin azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları və "Rəşadət" ordeni ilə təltif olunmuşdur.

Keçidlər