Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayılov Elçin Mübariz oğlu

_______________________

Soyad:              İsmayılov

Ad:                    Elçin

Ata adı:            Mübariz

Doğum tarixi:  30.05.1989

Şəhid olub:     08.10.2020

Rütbə:             Kapitan

Təltifləri

      

"Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı, "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı, "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı, III dərəcəli "Qüsursuz xidmətə görə" medalı, "Vətən uğrunda" medalı, "Cəbrayılın azad olunmasına görə" medalı, "Kəlbəcərin azad olunmasına görə" medalı 

“Şəhid olsam ağlamayın, əksinə, sevinin ki, o zirvəyə ucaldım”. Bu sözlər 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olan kapitan Elçin İsmayılova məxsusdur.

Ermənilərin 23 yüksək rütbəli zabitini təkbaşına məhv edən, Xüsusi Təyinatlı Qüvvələrin zabiti, “Yaşma” taborun qərargah rəisi müavini, kəşfiyyatçı, döyüş komandiri şəhid kapitan İsmayılov Elçin Mübariz oğlu 30 may 1989-cu ildə Ucar rayonunda anadan olub.

Elçinin qardaşları İsmayılov Nurlan və İsmayılov Elvin də cəbhə bölgəsindədir.

Elçin 1995-ci ildə Ucar rayonunda 1 saylı orta məktəbə gedib və 2006-ci ildə həmin məktəbi bitirərək Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olub. Hətta məktəbdə hərbiyə, Vətənə aid bütün tədbirlərdə fəal iştirak edib və I yerə layiq gorülüb. Onun iştirak etdiyi “Cəsurlar” (1998) və “Şahin” (1996) adlı hərbi-idman oyunları VII-VIII, X-XI sinif şagirdəri arasında keçirilən çoxməqsədli və maraqlı layihələrdən olub. Çox sayda Fəxri Fərman, təltiflər və s. layiq görülüb. Qarabağ müharibəsi ilə həmayaşıd idi şəhidimiz...

2010-cu ildə Azərbaycan Ali Hərbi Məktəbi motoatıcı tağım komandiri vəzifəsi üzrə bitirib. Daha sonra Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinə zabitlərin təkmilləşdirmə kursunda dinləyici vəzifəsində xidmət etmək üçün göndərilib və oranı "Əla" nəticə ilə tamamlayıb.

2011-ci il iyul ayının 24-də "N" saylı hərbi hissənin V motoatıcı taboruna tağım komandiri kimi xidmətə yollanıb. Həmin hərbi hissədə bir müddət işlədikdən sonra könüllü olaraq 2011-ci ilin noyabr ayında 2012-ci ilin ayının sonuna qədər Xüsusi Təyinatlı Qüvvələrə öz adını yazdırıb. Xüsusi Təyinatlı Qüvvələrin seçim mərhələsindən 300 nəfərdən 19 nəfər uğurla keçib və həmin 19 nəfərin daxilində İsmayılov Elçin də vardı. Xüsusi Təyinatlı Qüvvələrə daxil olduqdan sonra dəfələrlə Turkiyədə hərbi təlimlərdə iştirak edərək bütün imtahanlardan uğurla keçib Fəxri Fərmanlarla və medallarla mükafatlandırılıb.

2012-ci il oktyabrın 7-də şəhidimiz Elçin ailə həyatı qurub və həmin gözəl təməli qoyulmuş ailədən iki oğlan övladı Ömər və Mübariz dünyaya gəlib. Ömər 8 yanvar 2014-cü ildə, Mübariz isə 24 may 2016-cı ildə Bakı şəhərində anadan olublar. Böyük oğlu Ömər bu il 1-ci sinfə daxil olub. Çox təəssüflər olsun ki, atası müharibədən öncə keçirilən təlimlərdə iştirak etdiyinə görə oğlunun 1-ci sinifə getdiyini görmədi.

Qəhrəman hərbçimiz 2015-ci ilin fevral ayında Qazax və Ağstafa istiqamətindəki döyüşlərdə iştirak edib. 2016-ci ildə Elçin Aprel döyüşlərində Talış kəndi istiqamətində gedən savaşda fəal iştirak edib. Lakin onlar - kəşfiyyatçılar gözə görünməz qəhrəmanlar idilər ki, heç bir mənbələrdə adları çəkilməyib, çünki düşmən “kabusu” tanımamalıdır. Həmin ildə qardaşı Nurlan da Aprel döyüşlərində iştirak edib. 2015-ci ilin oktyabr ayından 2016-cı ilin yanvar ayınadək amerikalı təlimatçılar tərəfindən Goran Təlim Mərkəzində yüksək göstərici ilə “Special Operations Training” kursunu uğurla keçərək sertifikatla təltif olunub. 2018-ci ilin iyul ayında Türkiyə Respublikasında “Anadolu Tatbikatı” təlimində iştirak edib.

Uzunmüddətli təlimlərdən və hazırlıqlardan sonra 2020-ci il sentyabrın 26-dan 27-nə keçən gecə Vətən müharibəsində döyüş komandiri olub. İlk olaraq Murovdağ zirvəsinin fəthində fəal iştirak edib. Daha sonra Cəbrayıl rayonu işğaldan azad edilməsində iştirak edib və ilk dəfə oktyabrın 4-də Cəbrayılda Azərbaycan bayrağın döyüş komandiri kapitan İsmayılov Elçin Mübariz oğlu tərəfindən ucaldılır. Erməni polkovnikinin başını kəsərək qulağına "Sənə Poladın qanını gətirdim" deyir. Təkbətək döyüşdə Ermənistan silahlı qüvvələrinin 23 yüksək rütbəli zabitini tək başına, ümumilikdə isə 200-dən çox erməni hərbiçisini və çox sayda döyüş texnikasını məhv edir.

Qeyd edək ki, Elçinlə bərabər, Vətən müharibəsində qardaşları Nurlan və Elvin də ön cəbhədə Vətən uğrunda döyüşüblər.

Elçin İsmayılov 1989-cu il mayın 30-da Ucar şəhərində anadan olub. 1995-2006-cı illərdə Ucar şəhərində 1 nömrəli tam orta məktəbdə təhsil alıb. Ali hərbi təhsilini 2006-2010-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) "Motoatıcı Taqım Komandiri" ixtisası üzrə alıb. 2010-2011-ci illərdə isə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində (TTM) təlimlərdə olub. Ailəli idi. 2 oğlu yadigar qalıb. Elçin İsmayılov 2011-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin Ağcabədi rayonunda yerləşən "N" saylı hərbi hissəsində Motoatıcı Taborun Taqım Komandiri vəzifəsində xidmət edib. Həmin hərbi hissədə bir müddət xidmət edəndən sonra isə Xüsusi Təyinatlı Qüvvələrdə xidmətə başladı. Xüsusi Təyinatlı Qüvvələrin seçim mərhələsində 300 nəfərdən 20 nəfəri mərhələni uğurla başa vurdu. Həmin 20 nəfərdən biri də Elçin İsmayılov olub. Xüsusi Təyinatlı Qüvvələrin heyətində dəfələrlə xarici dövlətlərdə hərbi təlimlərə qatılıb.

2012-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində Qrup Komandirinin müavini vəzifəsində xidmət edən Elçin İsmayılov, 2014-cü ildən həmin hərbi hissədə Xüsusi Əməliyyatlar Taborunun Komandiri vəzifəsində xidmət edib. Elçin İsmayılov 2015-ci ilin fevral ayında Qazax və Ağstafa istiqamətində olan döyüşlərdə, həmçinin 2016-cı ilin 2-5 aprelində baş verən döyüşlərdə savaşıb. Azərbaycan Ordusunun kapitanı olan Elçin İsmayılov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə, həmçinin Füzulinin və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Oktyabrın 4-də Cəbrayıl şəhəri işğaldan azad ediləndə, ora Azərbaycan bayrağını sancanlardan biri Elçin İsmayılov idi. Elçin İsmayılov oktyabrın 7-də Füzuli döyüşləri zamanı şəhid olub. Ucar şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elçin İsmayılov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Elçin İsmayılov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Elçin İsmayılov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.

(26.06.2008) — "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı

(26.06.2013) — "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı

(26.06.2018) — "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı

(26.06.2020) — III dərəcəli "Qüsursuz xidmətə görə" medalı

(15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)

(24.12.2020) — "Cəbrayılın azad olunmasına görə" medalı (ölümündən sonra)

(29.12.2020) — "Kəlbəcərin azad olunmasına görə" medalı (ölümündən sonra)

Keçidlər