Şriftin ölçüsü :

Saytın rəngi :

Bəkirov Təbriz Etibar oğlu

_________________________________

Soyad:             Bəkirov

Ad:                  Təbriz

Ata adı:            Etibar

Doğum tarixi:  26.01.1993

Şəhid olub:     10.10.2020

Rütbə:             Əsgər

Təltifləri

  

"Vətən uğrunda" medalı, "Suqovuşanın azad olunmasına görə" medalı

Təbriz Bəkirov 1993-cü il yanvarın 26-da Ucar rayonunun Bağırbəyli kəndində anadan olub. 1999-2003-cü illərdə Bağırbəyli kənd tam orta məktəbində, 2004-2010-cu illərdə Ucar şəhərində 1 nömrəli tam orta məktəbdə təhsil alıb. 2010-2014-cü illərdə isə Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) ali təhsil alıb.

Təbriz Bəkirov 2014-2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub.

Azərbaycan Ordusunun əsgəri olan Təbriz Bəkirov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə savaşıb. Təbriz Bəkirov oktyabrın 8-də Ağdərə istiqamətində şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Təbriz Bəkirov ölümündən sonra Vətən müharibəsi iştirakçısı, Ağdamın azad olması, Suqovuşanın azad olunması, Vətən uğrunda medalları ilə təltif edilib.

Şəhidin həyat və döyüş yolu ilə bağlı video:

https://www.youtube.com/watch?v=L9GsmrFAXVM

Keçidlər