Şriftin ölçüsü :

Saytın rəngi :

İbrahimov Hikmət Zaur oğlu

_____________________________

Soyad:             İbrahimov

Ad:                   Hikmət

Ata adı:            Zaur

Doğum tarixi:  23.06.2001

Şəhid olub:     21.10.2020

Rütbə:             Əsgər

Təltifləri

   

"Vətən uğrunda" medalı, "Döyüşdə fərqlənməyə görə" medalı, "Füzulinin azad olunmasına görə" medalı

44 gün davam edən Vətən Müharibəsi nəticəsində Azərbaycan öz dədə-baba torpaqlarını mənfur düşməndən xilas etdi. Torpaqlarımızın işğaldan azad edilməsində Azərbaycanın vətənpərvər oğulları canlarından keçiblər. Vətən Müharibəsində şəhid olmuş qəhrəmanlarımızdan biri də Hikmətdir. Hikmət Zaur oğlu İbrahimov 23 iyun 2001-ci il tarixdə Ucar rayonu Qarabörk kəndində anadan olub.

Azərbaycan Ordusunun əsgəri olan Hikmət İbrahimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başladılan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Hikmət oktyabrın 21-də Füzuli rayonu istiqamətində gedən döyüşlərdə düşmən tərəfindən atılan artilleriya atəşi nəticəsində şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Hikmət İbrahimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Hikmət İbrahimov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət və fədakarlıq göstərdiyinə, habelə təşəbbüskar və qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Hikmət İbrahimov ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edilib.

Şəhidin həyat və döyüş yolu ilə bağlı video:

https://www.youtube.com/watch?v=K9_LAMwH53I

 

Keçidlər