Şriftin ölçüsü :

Saytın rəngi :

Süleymanov Səbuhi Ələkbər oğlu

___________________________________________

Soyad:             Süleymanov

Ad:                   Səbuhi

Ata adı:            Ələkbər

Doğum tarixi:  19.04.1997

Şəhid olub:     12.11.2020

Rütbə:             MAHHXHQ əsgər

Təltifləri

   

"Vətən uğrunda" medalı, "Döyüşdə fərqlənməyə görə" medalı, "Füzulinin azad olunmasına görə" medalı

Süleymanov Səbuhi Ələkbər oğlu 19 aprel 1997-ci ildə Ucar rayonunun Bərgüşad kəndində anadan olub.

Bərgüşad kənd 1 saylı orta məktəbin 9-cu sinfini bitirdikdən sonra Səbuhi Süleymanov Göyçay Peşə Liseyində oxuyub.

13 iyul 2016 - 13 yanvar 2018-ci illərdə Azərbaycan Ordusununda xidmət etmişdir.Xidmət yeri Bakı şəhərində Kinologiya Mərkəzi olub.Hərbi xidmətini başa vurub ailəsinin yanına qayıtmışdır.

Hərbiyə olan sevgisi ilə anasından xeyir-dua alaraq 22 iyun 2018-ci ildən hərbi xidmət keçdiyi Silahlı Qüvvələrin Kinologiya Mərkəzində MAXE işləməyə başlayıb.

Vətən Müharibəsinin ilk günündən Qələbə gününədək şərəfli döyüş yolu keçib, 09 noyabr 2020-ci ildə Şuşa şəhərində şəhid olub. 12 noyabr 2020-ci il tarixdə Bərgüşad kənd qəbiristanlığında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Səbuhi Süleymanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Füzulinin rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Səbuhi Süleymanov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət və fədakarlıq göstərdiyinə, habelə təşəbbüskar və qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Səbuhi Süleymanov ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.

Keçidlər