Şriftin ölçüsü :

Saytın rəngi :

Əliyev Ağayusif Mübariz oğlu

_________________________________

Soyad: Əliyev

Ad: Ağayusif

Ata adı: Mübariz

Doğum tarixi: 01.09.1992

Şəhid olub: 12.11.2020

Rütbə: əsgər

Təltifləri

     

"Vətən uğrunda» medalı, "Xocavəndin azad olunmasına görə"» medalı, "Füzulinin azad olunmasına görə" medalı, "Şuşanın azad olunmasına görə" medalı

Ağayusif Əliyev 1 sentyabr 1992-ci ildə Ucar rayonunun Bağban kəndində dünyaya göz açıb. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb.

Azərbaycan Ordusunun əsgəri olan Ağayusif Əliyev 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində iştirak edib. Füzuli və Xocavənd döyüşlərində vuruşub. Ağayusif Əliyev 8 noyabr,Şuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən şəhid olub. Noyabrın 12-də doğulduğu Bağban kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, Ağayusif Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Ağayusif Əliyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən, Ağayusif Əliyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib.

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən,Ağayusif Əliyev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.

Ailəli idi, iki qız övladı Vətənə əmanət qalıb.

Şəhidin həyat və döyüş yolu ilə bağlı video:

https://www.youtube.com/watch?v=_EsU_4DvKVk

Keçidlər