Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayılov Xəyal Rafiq oğlu

___________________________________

Soyad:              Cəbrayılov

Ad:                     Xəyal

Ata adı:              Rafiq

Doğum tarixi:    01.09.1998

Şəhid olub:       22.11.2020

Rütbə:               Əsgər

Təltifləri

    

"Vətən uğrunda" medalı, "Döyüşdə fərqlənməyə görə" medalı, "Füzulinin azad olunmasına görə" medalı

Xəyal Rafiq oğlu Cəbrayılov 1998-ci il sentyabrın 1-də Ucar rayonunun Lək kəndində anadan olub. Subay idi.

Xəyal Cəbrayılov 2016-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.

Azərbaycan Ordusunun əsgəri olan Xəyal Cəbrayılov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin, Qubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xəyal Cəbrayılov noyabrın 10-da Füzuli rayonu istiqamətində gedən döyüşlərdə düşmən tərəfindən atılan artilleriya atəşi nəticəsində şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Xəyal Cəbrayılov ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Döyüşdə fərqlənməyə görə" medalları ilə təltif edilib.

Şəhidin həyat və döyüş yolu ilə bağlı video:

https://www.youtube.com/watch?v=-TdGveH4KwU

Keçidlər