Şriftin ölçüsü :

Saytın rəngi :

Məmmədov Coşqun Elnur oğlu

________________________________

Soyad:              Məmmədov

Ad:                    Coşqun

Ata adı:             Elnur

Doğum tarixi:   09.03.1994

Şəhid olub:      22.11.2020

Rütbə:              gizir

Təltifləri

"Suqovuşanın azad olunmasına görə" medalı

Məmmədov Coşqun Elnur oğlu 1994-cü il sentyabrın 9-da Ucar rayonunun Qarabörk kendində anadan olub.

2000-ci ildə Ucar rayon 5 saylı tam orta məktəbin birinci sinfinə daxil olur. 2011-ci ildə məktəbi bitirib, 2012-ci ilin aprel ayında həqiqi hərbi xidmətə çağrılıb. Xidmətini Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda nümunəvi əsgər olaraq başa vurur.

Vətən müharibəsinin elə ilk günlərindən "mən Vətən oğluyam, düşmən mənim torpağımın bir qarışına belə ayaq basa bilməz", deyərək müharibəyə yollanıb.

Tanrı ona ömrünün 26 yaş 7 ay 4-cü günündə Vətən müharibəsinin şəhidi qismətini yazdı.

Şəhidimiz Coşqun Məmmədov Vətən müharibəsində Vətənimizin azadlığı uğrunda Ağdərə-Xocavənd istiqamətində gedən döyüşlərdə noyabrın 22-də qəhrəmancasına Şəhid olub.

Ailəli idi. İlkin adlı oğlu Vətənə əmanət qalıb.

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Coşqun Məmmədov ölümündən sonra “Vətən uğrunda” və “Suqovuşanın azad edilməsinə görə” medalları ilə təltif edilib.

Şəhidin həyat və döyüş yolu ilə bağlı video:

https://www.youtube.com/watch?v=CmBiU62ZQN4

Keçidlər