Şriftin ölçüsü :

Saytın rəngi :

Apellyasiya Şurasının tərkibi

Ucar rayonu İcra Hakimiyyəti Başçısının 02 mart 2026-cı il tarixli 41 saylı sərəncamından

         Ç I X A R I Ş

Ucar rayonu İcra Hakimiyyətinin Apellyasiya Şurasının tərkibinə dəyişiklik edilməsi haqqında

          Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyəti orqanlarının Apellyasiya Şuraları haqqında Nümunəvi Əsasnamə”nin 1.1 və 4.1-ci bəndlərini rəhbər tutaraq sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin özlərinin sahibkarlıq fəaliyyəti ilə bağlı yerli icra hakimiyyəti orqanının, inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin, sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin, yerli icra hakimiyyəti başçısının yanında olan orqanların, tabeliyində olan dövlətə məxsus hüquqi şəxslərin, mərkəzi icra hakimiyyəti orqanlarının ikili tabelikdə olan yerli qurumlarının qərarlarından, digər hərəkət və ya hərəkətsizliyindən verdikləri şikayətlərə, habelə dövlət qulluğuna qəbulla bağlı keçirilən müsahibənin nəticələrindən namizədlərin verdikləri şikayətlərinə baxılması sahəsində şəffaflığın və obyektivliyin təmin edilməsi, bu sahədə şəxslərin hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi məqsədilə Apellyasiya Şurası yaradılmışdır.

          1. Ucar  Rayonu  İcra  Hakimiyyətinin  Apellyasiya Şurasının üzvlərinin iş yerlərini dəyişməsi ilə bağlı Şuranın tərkibində dəyişiklik edilməsi ilə  əlaqədar Qərara Alıram:

          2. Apellyasiya Şurasının tərkibi təsdiq edilsin:

Apellyasiya Şurasının sədri:

Vaqif Mehdiyev - rayon  İcra  Hakimiyyəti  Başçısının  müavini–Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdiri

Şuranın üzvləri:

Nasir Abdıyev - rayon İcra Hakimiyyəti Başçısı Aparatının Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsi müdirinin müavini-Memarlıq-tikinti məsələləri sektorunun müdiri (baş memar)

Cəbrayıl Tağıyev - Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini – Ərazi-təşkilat məsələləri sektorunun müdiri

Ülvi Əliyev - Rayon İcra Hakimiyyəti Başçısı Aparatının və ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini – Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri

Məlahət Hüseynova - Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri

Xəyyam Səmədzadə - Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Hüquq və kadr məsələləri sektorunun müdiri

Abdulla İbrahimov - Rayon İcra Hakimiyyəti  Başçısının Ucar şəhəri inzibati ərazi  dairəsi üzrə nümayəndəsi

3. Apellyasiya Şurasının katibliyinin tərkibi təsdiq edilsin:

Katibliyin rəhbəri:

Azad Qəhrəmanov - Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Sənəd dövriyyəsi, vətəndaş müraciətləri və inzibati işlər şöbəsinin müdiri

Katibliyin üzvləri:

Lalə Bəkirova - Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Sənəd dövriyyəsi, vətəndaş müraciətləri və inzibati işlər şöbəsinin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş sektorunun müdiri 

Elnurə Eminova - Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Hüquq və kadr , məsələləri sektorunun məsləhətçisi 

4. Apellyasiya Şurasının sədri V.Mehdiyevə tapşırılsın ki, “Yerli icra hakimiyyəti orqanlarının Apellyasiya Şuraları haqqında Nümunəvi Əsasnamə”nin tələblərinə uyğun olaraq Rayon İcra Hakimiyyətinin Apellyasiya Şurasının fəaliyyətini təmin etsin.

5. Ucar Rayon İcra Hakimiyyəti Başçısının 58 nömrəli, 20 aprel 2022-ci il tarixli sərəncamı qüvvədən düşmüş hesab edilsin.

6. Sərəncamın  icrasına nəzarəti öz üzərimdə saxlayıram.

Ucar Rayon İcra Hakimiyyətinin Başçısı                                                      Mənsur Məmmədov

Keçidlər