Şriftin ölçüsü :

Saytın rəngi :

Abadlıq və quruculuq işləri

Abadlıq və quruculuq işləri

Rayon mərkəzində və kənd yaşayış məntəqələrində abadlıq-quruculuq və yaşıllaşdırma işlərinin aparılması diqqət mərkəzində saxlanılmış, 180 şagird yerlik Ramal, 80 şagird yerlik Müsüslü kənd ümumi orta məktəbləri binalarının  və rayon Təhsil şöbəsi inzibati binası, şəhərin Heydər Əliyev prospektində 9 saylı ərazi vergilər idarəsinin xidmət mərkəzi istifadəyə verilmiş, rayon Gənclər Mərkəzi üçün binanın, rayon Su-kanal idarəsinin, Yeni Azərbaycan Partiyası rayon təşkilatı üçün binanın, rayon Tarix Diyarşünaslıq muzeyinin, Mərkəzi rayon xəstəxanasının, Fermer Yol İstirahət mərkəzinin, Ucar Aqro” MMC-nin  Quşçuluq Sənaye Kompleksinin Quş əti emalı müəssisəsinin, Quş yetişdirmə fabrikinin tikintiləri başa çatdırılaraq istifadəyə verilmiş və Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev açılışlarda iştirak etmişdir.

Şəhərin Heydər Əliyev prospektində, Oğuz, 20 Yanvar, M.Ə.Rəsulzadə, Azərbaycan, Koroğlu, Nəriman Nərimanov küçələrində daha geniş abadlıq və yenidənqurma işləri aparılmışdır. Yeni yaşıllıq  zolaqlarının salınması  və ağac əkilməsi üçün  şəhərin 20 Yanvar küçəsinə və Göyçay-Ucar avtomobil yolunun kənarına 5 min maşından artıq münbit torpaq daşınmış, 20 min kvadratmetr sahəyə çəmən döşənmişdir.

Qeyd olunan prospekt və küçələrdə 3400 kvadratmetr sahədə hörgü  işləri aparılmış, 6500 kvadratmetr sahəyə ağlay, 850 kvadratmetr sahəyə qaya daşlarından ibarət üzlük vurulmuş, vətəndaşlara məxsus fərdi həyətlərin divarlarına  2200 kvadratmetr sahədə ağac materialdan ornamentli naxış salınmış, 76 ədəd həyət darvazasının 900 kvadratmetr sahəsi taxta materialdan üzlənmiş və rənglənmişdir. Şəhərin Koroğlu və Oğuz küçələrində 61 nəfərə məxsus fərdi yaşayış evlərinin və talvarlarının 15000 kvadratmetr sahəsinin dam örtüyü dəyişdirilərək  dəmir şiferlə  əvəz edilmişdir. Həmin küçələrdə  ümumilikdə 81 ədəd həyət darvazalarının üstü dəmir şiferlə örtülmüşdür.

Şəhərin M.Ə.Rəsulzadə, Azərbaycan, Xətai, Səttərxan, Şamil Fərzəliyev küçələrində 3800 kvadratmetr sahəyə suvaq  vurulmuş, 16000 kvadratmetrdən  çox sahədə rəngləmə işləri aparılmışdır.

M.Ə.Rəsulzadə, Oğuz küçələrində 3 ədəd dairəvi yol ayrıcı müasir səviyyədə inşa olunaraq mərmər piltələrlə üzlənmiş, həmin ərazidə dövlət atributlarını əks etdirən lövhə yenidən qurulmuşdur. Şəhərin arxitektura görünüşünün yaxşılaşdırılması üçün Bakı-Qazax-Gürcüstan dövlət avtomobil yolundan və Göyçay rayonu istiqamətindən şəhərə giriş hissələrində və  Oğuz küçəsində müasir üslubda  qapılar  inşa olunmuş, qala divarı yenidən qurulmuş və  işıqlandırma sistemi ilə təchiz olunmuşdur. Həmçinin Bakı-Qazax-Gürcüstan dövlət avtomobil yolunun Ucar rayonuna giriş və çıxış hissələrində müasir tipli ünvan göstəricilərini əks etdirən lövhələr quraşdırılmışdır.

Şəhərin M.Ə.Rəsulzadə küçəsində 23 mağazadan ibarət ticarət cərgəsi, Nəriman Nərimanov, Koroğlu, Oğuz, Azərbaycan və sair küçələrdə ümumilikdə 30-dan çox ticarət xidməti obyektləri tikilib istifadəyə verilmiş, 44 xidmət obyektinin dam örtüyü dəyişdirilmiş, xidmət obyektlərinin fasadlarında əsaslı təmir işləri aparılmışdır.

İl ərzində Ucar Dəmir yolu stansiyasının və dəmir yolu xətt ambulatoriyasının ərazilərində xeyli abadlıq,  quruculuq işləri görülmüş, mişar daşlarından hasar çəkilmiş və üzlük piltələr vurulmuş, işıqlar quraşdırılmış, yeni müasir tipli ticarət obyekti tikilmiş, əraziyə asfalt döşənmişdir.

Keçidlər