İnfrastruktur
Nəqliyyat
Rayonda yol nəqliyyat infrastrukturunun yaxşılaşdırılması ilə əlaqədar tədbirlər davam etdirilmiş, rayon ərazisindən keçən Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi magistral avtomobil yolunun ikinci xəttinin tikintisi davam etdirilmiş, Göyçay-Ucar rayonlararası avtomobil yolunun giriş hissəsinin, həmin yolun üzərində 3 körpünün tikintisi başa çatdırılmışdır.
Şəhərin Oğuz, 28 May, Dədə Qorqud, Nərimanov küçələrində 9054 kvadratmetrlik asfalt işləri görülmüşdür.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 7,7 min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən, 15 km uzunluğunda Türkəci-Ənvər Məmmədxanlı-Çiyni-Bərgüşad avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərindən 4,7 mln. manat vəsait ayrılmış və həmin yol tikilərək istifadəyə verilmişdir.
01.01.2016-cı il tarixə əhaliyə göstərilən ticarət, nəqliyyat və məişət xidmətlərinin yaxşılaşdırılması sahəsində məqsədyönlü tədbirlər aparılmışdır. Ucar şəhərində və magistral yol kənarında olan primitiv, sanitar gigiyenik qaydalara cavab verməyən ticarət və məişət obyektlərinin əvəzinə, müasir tələblərə cavab verən yeni obyektlərin tikilərək istifadəyə verilməsi işləri davam etdirilmiş, əhaliyə çoxsaylı ticarət şəbəkələri vasitəsilə müxtəlif çeşidli ticarət və məişət xidmətləri göstərilmişdir.
İl ərzində 36,4 min nəfərə yaxın sərnişin daşınmış və dövlət büdcəsinə 20,5 min manat vəsait ödənilmişdir.