Şriftin ölçüsü :

Saytın rəngi :

Enerji daşıyıcıları və içməli su ilə təminat

Elektrik enerjisi ilə təminat

2016-cı il ərzində "Azərişıq” ASC-nin sifarişi əsasında rayonun Qazıqumlaq kəndində Qazıqumlaq kəndinin və ətraf kəndlərin elektrik enerjisi ilə təminatını yaxşılaşdırmaq məqsədilə yeni 35/10 kv-luq, 2x6,3 MVA  güclü  yarımstansiya quraşdırılmış, Ucar şəhərinin bir sıra küçələrində, Qazıqumlaq, Müsüslü və Təzə Şilyan kəndlərində, Qarabörk və Gəraybəyli kəndlərinin bir hissəsində  istismar müddətini başa vurmuş 33 km 0,4 kilovoltluq elektrik verilişi xətləri SİP kabellərlə  əvəz edilmiş, 1400 ədəd yeni metal dayaqlar quraşdırılmışdır.  Rayon ərazisində 8 ədəd müxtəlif güclü müasir transformator quraşdırılmışdır.

Şəbəkə üzrə  istehlak olunmuş elektrik enerjisinin dəyəri əvvəlki illə  müqayisədə 0,4 faiz çox  olmaqla 97,3 faiz, əhali üzrə isə 11,4  faiz çox olmaqla 102,7 faiz yerinə yetirilmişdir.                                                           

Təbii qazla təminat

2016-cı ildə əhalinin  təbii qazla təminatının yaxşılaşdırılması istiqamətində də müəyyən işlər görülmüş, təbii qazla təmin olunmuş yaşayış məntəqələrinin sayı 23-ə və ya 77 faizə çatdırılmış, hazırda 4 kənddə, o cümlədən Təzə Şilyan, Qaracallı, Bərgüşad və Yuxarı Şilyan kəndlərində tikinti işləri davam etdirilir.

İdarə üzrə yığım faizi əvvəlki illə müqayisədə 7,1 faiz az olmaqla 92,1 faiz, əhali qrupu üzrə 4,6 faiz az olmaqla 95,4 faiz təşkil etmişdir.

   İçməli su ilə təminat

Əhalinin içməli su təminatının yaxşılaşdırılması üçün rayonun Rəstəcə kəndində tutumu 3000 kubmetr olan su anbarı tikilməklə 6 ədəd nasosun quraşdırılması və xlorator binasının tikintisi davam etdirilmişdir.

2016-cı ildə Ucar Sukanal idarəsi  üzrə  651,4 min kubmetr və ya 269,3 min manat dəyərində su satılmış, su pulunun ödənilməsi  214,8 min manat  və ya 80 faiz (keçən ildəkindən 27,5 faiz az) yerinə yetirilmişdir. Bu göstərici əhali üzrə 100,1 faiz(keçən ildəkindən 7,1 faiz az) təşkil etmişdir.

Kanalizasiya sisteminin yenidən qurulması

Layihə əsasında çirkab və yağıntı sularının axıdılması üçün Ucar şəhərinin H.Əliyev prospekti, 28 May, A.Səhhət, Dədə Qorqud və M.Ə.Rəsulzadə küçələrində yerləşən  çoxmənzilli ictimai yaşayış  binalarının ərazisində örtülü kanalizasiya xətləri çəkilmiş, 2 ədəd nasos stansiyası tikilərək istismara verilmişdir.

Meliorativ  tədbirlər

“2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət  Proqramı”nın  həyata  keçirilməsi  üzrə Tədbirlər Planı”na  uyğun olaraq torpaqların münbitliyinin və suvarılan torpaq sahələrinin artırılması istiqamətində işlərin genişləndirilməsi üçün əvvəlki illərdə Türyançay çayı üzərində quraşdırılmış SNP-500/10 su nasosu hesabat ilində də 1 min 300 hektardan artıq torpaq sahəsinin suvarma suyu ilə təchizatı problemini həll etmişdir.

Rayon Suvarma Sistemləri İdarəsi tərəfindən 2016-cı ildə mənbədən 221,3 milyon kubmetr su alınmış və ayırma nöqtəsindən 142,7 milyon kubmetr su verilmişdir ki, bunun da nəticəsində suya olan tələbatın ödənilməsi təmin olunmuşdur.

Rayonun torpaqlarının su təminatını yaxşılaşdırmaq 2015-ci il ərzində təsərrüfatlararası və təsərrüfatdaxili suvarma şəbəkələrində 1 milyon 159,0 min kubmetr həcmində, 596,1 min manatlıq lildən təmizləmə,  123,9 min manatlıq əsaslı təmir işləri yerinə yetirilmişdir. 2016-cı il ərzində istismar tədbirlərinə uyğun olaraq şirə kanallarında 565,3 min kubmetr həcmində, 182,5 kilometr uzunluğunda və ya 313,1 min manatlıq  lildən təmizləmə və torpaqbasma işləri həyata keçirilmişdir.

Rayonda sel sularından mühafizə tədbirləri davam etdirilmiş, 2016-cı il  ərzində rayonun Türyançay və Göyçay çayının sağ və sol sahilləri boyunca maşın və mexanizmlərin köməyi ilə 11,3 km uzunluğunda, 199,2 min kubmetr həcmində məcra təmizlənməsi və bəndin təmiri işləri görülmüşdür.

Keçidlər