İcra Hakimiyyəti
İnzibati xətalar haqqında protokol
Ucar Rayonu İcra Hakimiyyəti Başçısının 15 mart 2017-ci il tarixli 34 saylı sərəncamından
Ç I X A R I Ş
Ucar rayon İcra Hakimiyyəti Başçısı Aparatında inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxsin təyin edilməsi haqqında
“İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 23 fevral 2017-ci il tarixli 1256 nömrəli Fərmanın 1 və 5-ci bəndlərini və “Yerli İcra hakimiyyətləri haqqında Əsasnəmə”nin 6.8-ci bəndini rəhbər tutaraq Qərara alıram:
1.Rayon İcra Hakimiyyəti Başçısının müavini–sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Mehdiyev Vaqif Mehdi oğlu Ucar rayon İcra Hakimiyyəti Başçısı Aparatında inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxs təyin edilsin.
Ucar Rayonu İcra Hakimiyyəti Başçısının 08 iyun 2017-ci il tarixli 62 saylı sərəncamından
Ç I X A R I Ş
Ucar rayon İcra Hakimiyyəti Başçısı Aparatında “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi haqqında
“Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 3 may 2017-ci il tarixli 1361 nömrəli Fərmanının 4-cü bəndini rəhbər tutaraq Qərara alıram:
Aşağıda adları qeyd olunan vəzifəli şəxslər Ucar rayon İcra Hakimiyyəti Başçısı Aparatında “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslər kimi təsdiq edilsin.
Əliş Cəbrayılov – rayon İcra Hakimiyyəti Başçısının birinci müavini
Vaqif Mehdiyev – rayon İcra Hakimiyyəti Başçısının müavini–sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri
Şəhla Abdullayeva – rayon İcra Hakimiyyəti Başçısının müavini – ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri
Xəyyam Səmədzadə – rayon İcra Hakimiyyəti Başçısı Aparatının hüquq şöbəsinin müdiri
Cəbrayıl Tağıyev – rayon İcra Hakimiyyəti Başçısı Aparatının ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri
Nasir Abdıyev – rayon İcra Hakimiyyəti Başçısı Aparatının memarlıq və tikinti şöbəsinin müdiri
Aidə Qəhrəmanova – rayon İcra Hakimiyyəti Başçısı Aparatının sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri
Nurməmməd Tağıyev– rayon İcra Hakimiyyəti Başçısı Aparatının sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi müdirinin müavini
Rövşən Eldarbəyli – rayon İcra Hakimiyyəti Başçısı Aparatının informasiya təminatı və təhlil sektorunun müdiri
Abdulla İbrahimov–başçının Ucar şəhəri inzibati ərazi dairəsi üzrə nümayəndəsi
Mehman Məmmədov–başçının Qazıqumlaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi
Rahib Şərifov – başçının Əlikənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi
Vahid Abdullayev–başçının Qaradağlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsini müvəqqəti icra edən
Asif Ələsgərov – başçının Alpout kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi
Əfqan Rəhimov – başçının Lək kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi
Azad Abdullayev –başçının Xələc kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi
Hidayət Əliyev – başçının Qazyan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi
Ənvər Niftəliyev – başçının Boyat kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi
Məcid Hümmətov –başçının Bərgüşad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi
Cabir Hacıyev–başçının Yuxarı Şilyan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi
Fuad Bəbirxanov –başçının Müsüslü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi
Akif İbrahimov–başçının Pirkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsini müvəqqəti icra edən
Elşad İbrahimov–başçının Ənvər Məmmədxanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi
Tale Mahmudov–başçının Quləbənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi
Pərviz Tağıyev–başçının Qarabörk kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi