Rayon haqqında
İqtisadiyyat
Sosial-iqtisadi göstəricilər
2003-cü ilə nisbətdə 2025-ci ildə ümumi məhsul buraxılışı 13,2 dəfə, sənaye 13,1 dəfə, kənd təsərrüfatı 13,7 dəfə, əsas kapitala yönəldilmiş vəsait 2,7 dəfə, ondan tikinti-quraşdırma işləri 19,0 dəfə artmışdır;
2003-2025-ci illər ərzində SİF vasitəsilə 264 sahibkara 21,33 mln. manat kredit verilmişdir;
2007-2025-ci illər ərzində fermerlərə 25,11 mln. manat yardım edilmişdir;
29,0 min ha əkin sahəsinin 56,7 %-də dənli və dənli paxlalı bitkilər, 1,7 %-də texniki bitkilər, 8,9%-də kartof, tərəvəz, bostan və 32,7 %-də yem bitkiləri əkilmişdir. Əkin sahələrinin 100 %-i suvarılan, 0 %-i dəmyə əkinçiliyidir
Sənaye
| Göstəricilər | İ l l ə r | ||||
| 2021 | 2022 | 2023 | 2024 | 2025 | |
| Fəaliyyət göstərən müəssisələrin sayı | 12 | 14 | 15 | 17 | |
| 0ənaye məhsullarının həcmi (min manatla) | 15576,3 | 15123,7 | 13924,0 | 12882,1 | |
| Sənaye məhsullarının həcmi əvvəlki ilə nisbətən (faizlə) | 102,8 | 119,7 | 91,0 | 70,6 | |
| Sənaye məhsullarının həcmində qeyri-dövlət sektorunun xüsusi çəkisi (faizlə) | 76,4 | 73,8 | 71,1 | 67,0 | |
| İstehsal edilmiş məhsulun ilin axırına qalığı (min manatla) | 407,3 | 1197,3 | 981,1 | 152,3 | |
| İşçilərin orta sayı (nəfərlə) | 311 | 317 | 322 | 426 | |
| İşçilərin orta aylıq əmək haqqı (manatla) | 521,2 | 605,0 | 661,1 | 702,0 | |
| Sənaye istehsalı əsas fondlarının mövcudluğu (ilin axırına min manatla) | - | - | - | - | |
Tikinti
Rayon iqtisadiyyatının inkişafında mühüm rol oynayan və ümumi daxili məhsulun formalaşmasında aparıcı sahələrdən biri olan tikinti kompleksi iqtisadiyyatın başqa sahələri kimi inkişaf etməkdədir.
Dövlət tərəfindən regionların sosial-iqtisadi inkişafı ilə bağlı işlərin müxtəlif infrastruktur layihələrin nəticəsi olaraq son dovrlərdə dövlət mülkiyyətində olan müəssisə və təşkilatlar qeyri-dövlət mülkiyyətində olan təşkilatlara nisbətən inşaat işlərinə daha çox vəsait qoymuşlar.
Dövlət Proqramında icrası nəzərdə tutulmuş sənaye və kənd təsərrüfatının ayrı-ayrı sahələrinin inkişafının dəstəklənməsi, bu sahəyə xidmət göstərən infrastrukturun maddi-texniki bazasının möhkəmləndirilməsi, şəhərdaxili və yerli əhəmiyyətli avtomobil yollarının, körpülərin tikintisi və əsaslı təmiri, rayonun elektrik enerjisi, təbii qaz, istilik, içməli su və kanalizasiya təminatının, rabitə və informasiya xidmətlərinin, torpaqların su təminatının, meliorasiya-irriqasiya xidmətlərinin yaxşılaşdırılması, sel sularından mühafizə tədbirlərinin, abadlıq və quruculuq işlərinin aparılması, təhsil, səhiyyə, mədəniyyət və idman-sağlamlıq obyektlərinin əsaslı təmiri və tikintisinin davam etdirilməsi tədbirlərinin həyata keçirilməsi, rayonun sosial-iqtisadi cəhətdən daha da sürətlə inkişaf etdirilməsinə təkan vermişdir.
| Göstəricilər | 2021 | 2022 | 2023 | 2024 | 2025 |
| Fəaliyyət göstərən tikinti təşkilatlarının sayı (ədədlə) | 4 | 4 | 5 | 5 | |
| Bir işçinin orta aylıq nominal əmək haqqı (manatla) | 523,5 | 449,2 | 538,1 | 540,0 | |
| Tikinti təşkilatlarının öz gücləri ilə yerinə yetirdikləri işlərin (xidmətlərin) həcmi (min manatla) | 4122,0 | 5345,9 | 7908,2 | 9736,6 | |
| Bütün maliyyə mənbələri hesabına əsas kapitala investisiyalar (min manatla) | 19198,1 | 10938,1 | 6508,9 | 10442,7 | |
| Bütün maliyyə mənbələri hesabına tikinti quraşdırma işlərinin həcmi (min manatla) | 16675,2 | 10615,7 | 6969,6 | 5591,0 | |
| Bütün maliyyə mənbələri hesabına əsas fondların istifadəyə verilməsi (min manatla) | 6422,4 | 3070,8 | - | - | |
| İstifadəyə verilmiş yaşayış evlərinin ümumi sahəsi (kv.m-lə) | 1584,9 | 986,6 | 1235,5 | 924,3 | |
| İstifadəyə verilmiş ümumtəhsil məktəbləri (şagird yeri ilə) | - | - | - | - |
2025-ci il ərzində Ucar şəhərində abadlıq, təmir-tikinti, yaşıllaşdırma işləri görülmüş, Şəhərin 28 May, M.V.Vidadi küçələrində, Veteranlar parkında, Heydər Əliyev prospektində işıqlandırma sistemləri qurulmuş və bərpa edilmişdir. Şəhərin Heydər Əliyev prospekti, Nəsimi, Sadıq Qarayev, Həbibi, Mehdi Hüseynzadə, Kamal Ağayev, Dədə Qorqud, 8 Noyabr, Tofiq İsmayılov, Mirzə İbrahimov, Əli Səfəroğlu, Zərdabi, Arif Əhmədov və Nizami küçələrində asfaltlama işləri aparılmışdır.
Əhalinin dayanıqlı rabitə xidməti ilə təmin edilməsi üçün xətt təsərrüfatında təmir işləri davam etdirilmiş, internet şəbəkəsinin genişləndirilməsi və yeni yaşayış massivlərinin telefonlaşdırılması üçün layihələr hazırlanaraq “Aztelekom” MMC-yə təqdim olunmuşdur.
“Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyətinin Aran Regional filialının Ucar şöbəsi tərəfindən rayonun bir şəhər və 29 kənd yaşayış məntəqəsində yeni GPON texnologiyasının tikintisi başa çatdırılmış və abunəçilərə yüksək sürətli internet xətlərinin qoşulması davam etdirilmiş, internetdən istifadə edən abunəçilərin sayı 9723-ə çatdırılmışdır.
2025-ci il ərzində 8,9 km 10 kilovoltluq elektrik verilişi xətti əsaslı, 26,1 km cari təmir olunmuş, 13,0 km 0,4 kilovoltluq elektrik verilişi xətti əsaslı, 34,6 km cari təmir olunmuşdur. 13 ədəd transformator əsaslı, 250 ədəd cari təmir olunmuşdur. Rayonun Bərgüşad və Türkəci kəndlərində kabelləşmə işləri başa çatdırılmış, rayonun Qazıqumlaq kəndinin elektrik verilişi sisteminin yenidən qurulması işləri davam etdirilmişdir. Rayonun Qaracallı kəndində elektrik enerjisinin zəif olduğu ərazidə 2 ədəd 160 kilovoltluq transformator quraşdırılmışdır.
2025-ci il ərzində qaz təchizatı sisteminin istismarı, təmiri və yenidənqurma işləri davam etdirilmişdir. Rayonda bütün yaşayış məntəqələrinin 100 faiz qazlaşdırılması işləri başa çatdırılmışdır. Müxtəlif diametrli qaz xətlərində bərpa və yenidənqurma işləri həyata keçirilmiş, ərazidə 122 ədəd sızma, 155 ədəd neqativ hallar aradan qaldırılmışdır. 12 ailə yeni qaz xəttinə qoşulub, yeni abunəçilərin qaz tələbatı təmin olunmuşdur. Ucar Xidmət Sahəsinə daxil olan 104 çağırış üzrə vətəndaş müraciətləri araşdırılıb və həll edilmişdir. Qarabağ müharibəsi iştirakçılarının və əlillərinin ailə üzvlərinin müraciətlərinə əsasən qaz xətlərinin yeri dəyişdirilmiş, istismar müddəti bitmiş 2350 ədəd mexaniki və smart tipli qaz sayğacları yeniləri ilə əvəzlənmişdir. Ucar Xidmət Sahəsinin daxili imkanları hesabına rayonun Qazıqumlaq, Xələc, Məlikballı, Əlikənd, Ramal, Qaracallı, Qazyan, Lək və Təzə Şilyan kəndlərində və şəhər ərazisində yeraltı və yerüstü qaz xətləri təmir olunmuşdur.Rayonun Lək kəndinin qaz təzchizatı sistemində pərakəndə çəkilmiş və korroziyaya uğramış hissələrinin yenidən qurulması işləri davam etdirilir.
Kənd təsərrüfatı
Ucar rayonu ölkənin mühüm kənd təsərrüfatı rayonlarından biridir. Rayonun iqtisadiyyatında heyvandarlıq, taxılçılıq, tərəvəzçilik aparıcı rol oynayır. Bununla yanaşı təsərrüfatlarda kartof və bostan məhsulları da istehsal olunur.
Kənd təsərrüfatının inkişafı diqqət mərkəzində saxlanılmış, kənd təsərrüfatı məhsulları istehsalçılarına tətbiq edilən güzəştlərdən istifadə edə bilmələri haqqında, torpağın meliorativ cəhətdən yaxşılaşdırılması, münbitliyinin bərpası və mühafizəsi, səmərəli aqrotexniki, aqrokimyəvi, meliorativ, fitosanitar və eroziyaya qarşı mübarizə tədbirləri barədə tövsiyələr verilmişdir.
Ölkə Prezidentinin “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” 2007-ci il 23 yanvar tarixli Sərəncamına uyğun olaraq il ərzində əkin sahələrinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına yardımın verilməsi davam etdirilmişdir.
Azərbaycan Respublikası Prezidentinin müvafiq göstərişi ilə kənd təsərrüfatı texnikasının dəyərinin 40 faizinin dövlət tərəfindən bağışlanması və satılmış texnika ilə bağlı yaranmış borcların eyni hissəsinin dövlət hesabına silinməsinə, habelə güzəştli şərtlərlə satılan mineral gübrələrin həcminin 50 manatdan 80 manata qədər artırılmasına və mineral gübrənin satış qiymətinə tətbiq edilən güzəştin həcminin 50 faizdən 70 faizə qədər yüksəldilməsinə qərar verilməsi kənd təsərrüfatı ilə məşğul olan aqrar sahibkarlar tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanmışdır. Bu güzəştlər rayonda lizinq yolu ilə sahibkara satılmış kombayn, traktor, maşın və mexanizmlər, kənd təsərrüfatı alətlərinin alınmasına tətbiq edilmişdir.
Qeyd etmək lazımdır ki, rayon üzrə lizinq yolu ilə texnika və aqreqat almış sahibkarlara texnika və aqreqatına 40 faiz güzəşt olunmuşdur ki, bu da kənd təsərrüfatına olan təlabatın ödənilməsində mühüm rol oynamışdır. Elə bunun nəticəsidir ki, rayonunda özügedən saz texnikaların sayı 308, asma-qoşmalı 74, yedəkli 32, taxıl kombaynı isə 14 ədəddir və onlar fermerlərə xidmət göstərir.
2025-ci ilin məhsulu üçün 4232 hektar sahədə buğda əkilmiş, 11764 ton məhsul toplanılmış, məhsuldarlıq 27,8 sentner olmuşdur. 8872 hektar sahədə arpa əkilmiş, 24486 ton məhsul toplanılmış, məhsuldarlıq 27,6 sentner olmuşdur. 329 hektar kartof, 1705 hektar tərəvəz, 1786 hektar yonca əkilmişdir.2025-ci ildə çəltikçiliyin inkişaf etdirilməsi məqsədilə 1641 hektar sahədə çəltik əkilmiş, 4296,8 ton məhsul toplanılmışdır. 2025-ci ildə 1695,8 kq barama istehsal olunmuşdur.
Mal-qaranın baş sayı 86922-yə çatdırılmış, heyvanların cins tərkibinin yaxşılaşdırılması tədbirləri davam etdirilmişdir. 2025-ci il ərzində 920 baş iri buynuzlu, 224 baş xırda buynuzlu heyvan identifikasiya olunmuşdur. 66924 baş iri buynuzlu, 123397 baş xırda buynuzlu heyvanlarda dabaq xəstəliyinə qarşı peyvəndləmə işləri aparılmışdır.
Hesabat dövründə rayon ərazisində istifadəyə verilmiş Quşçuluq Sənaye Kompleksinin quş əti emalı müəssisəsi və quş yetişdirmə fabriki öz fəaliyyətini davam etdirmişdir.
| Göstəricilər | Ölçü vahidi | İ l l ə r | ||||
| 2021 | 2022 | 2023 | 2024 | 2025 | ||
| Dənli və paxlalılar | hektar | 15347 | 15410 | 15417 | 16065 | |
| Buğda | hektar | 6457 | 6463 | 6050 | 6204 | |
| Arpa | hektar | 7957 | 7964 | 8380 | 8231 | |
| Dən üçün qarğıdalı | hektar | 303 | 305 | 561 | 561 | |
| Çəltik | hektar | 630 | 678 | 1069 | 1069 | |
| Kartof | hektar | 320 | 324 | 327 | 327 | |
| Tərəvəz | hektar | 1759 | 1766 | 1780 | 1780 | |
| Bostan bitkiləri | hektar | 188 | 190 | 189 | 189 | |
İl ərzində iri buynuzlu mal-qaranın, inək və camışların,qoyun və keçilərin sayında artım müşahidə olunmamışdır.
Heyvandarlıq
| Göstəricilər |
Ölçü vahidi |
İ l l ə r | ||||
| 2021 | 2022 | 2023 | 2024 | 2025 | ||
| İri buynuzlu mal | baş | 59242 | 59273 | 46105 | 40764 | |
| O cümlədən inək camış | baş | 33305 | 33334 | 29111 | 26931 | |
| Qoyun və keçi | baş | 55532 | 55569 | 49538 | 45168 | |
| Arı ailələrinin sayı | min | 2,319 | 2,346 | 2,409 | 2,152 | |
| Quşlar | baş | 517274 | 517330 | 484606 | 469557 | |
Avtomobil, dəmir yolları və rabitə xidmətləri haqqında məlumat
Rayonun ərazisindən Bakı-Gəncə dəmir yolunun 50 km, Bakı-Gəncə avtomobil yolunun 52 km, Ucar-Zərdab avtomobil yolunun 19 km-lik hissəsi keçir. Rayon ərazisindən keçən avtomobil yolları 1-ci və 2-ci kateqoriyalıdır.
Əhaliyə göstərilən ticarət, nəqliyyat və məişət xidmətlərinin yaxşılaşdırılması sahəsində məqsədyönlü tədbirlər aparılmışdır. Ucar şəhərində və magistral yol kənarında olan primitiv, sanitar gigiyenik qaydalara cavab verməyən ticarət və məişət obyektlərinin əvəzinə, müasir tələblərə cavab verən yeni obyektlərin tikilərək istifadəyə verilməsi işləri davam etdirilmiş, əhaliyə çoxsaylı ticarət şəbəkələri vasitəsilə müxtəlif çeşidli ticarət və məişət xidmətləri göstərilmişdir.
Dövlət Proqramıarına uyğun olaraq rayon ərazisində magistral və yerli əhəmiyyətli avtomobil yollarının tikintisi və təmiri ilə əlaqədar tədbirlər davam etdirilmişdir.
Respublika və yerli əhəmiyyətli yollarda 780,8 min manat iş həcmi yerinə yetirilmiş, bununla yanaşı asfaltlanmamış yerli əhəməyitli kənddaxili avtomobil yolların vəziyyəti əhalinin gediş-gəlişinə ciddi çətinliklər yaradır. Rayonun Gəraybəyli, Pirkənd, Küçəkənd, Qaracallı, Bərgüşad kəndinin və Qazyan kəndinin bir hissəsi, Qaradağlı kəndinin ümumilikdə yollarının asfaltlanmasına ehtiyac nəzərə alınaraq aidiyyəti qurumlar qarşısında məsələ qaldırılmışdır.
Yolların istifadəyə verilməsi həmin ərazidə yaşayan əhali tərəfindən razılıqla və ölkə prezidentinə minnətdarlıqla qarşılanmışdır.






