Rayon haqqında
Təhsil
Rayonda aparılan uğurlu islahatlar nəticəsində əhalinin təhsil səviyyəsi artır və bu gün 15 yaş və yuxarı yaşda olan əhalinin hər 1000 nəfərindən 730-u ali və tam orta təhsilə malikdir.
2025-ci ildə rayonun 44 ümumtəhsil məktəbinin 615 sinif komplektində 11848 şagirdin təlim tərbiyəsi ilə 1059 nəfər müəllim, 23 məktəbəqədər təhsil müəssisəsində 852 uşağın tərbiyəsi ilə 109 nəfər pedaqoji işçi məşğul olmuşdur.
İl ərzində məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi, yenidən qurulması diqqət mərkəzində olmuş, müasir tədris avadanlığı və informasiya-kommunikasiya texnologiyaları ilə təminat sahəsində lazımi tədbirlər görülmüşdür.
Uşaqların asudə vaxtlarının səmərəli keçirilməsi, bilik-bacarıq və qabiliyyətlərinin formalaşdırılması yönümündə zəruri tədbirlər hazırlayıb həyata keçirilməsi ilə əlaqədar rayonda 2 məktəbdənkənar təhsil müəssisəsi–Uşaq Gənclər İnkişaf Mərkəzi və Uşaq Gənclər İdman-Şahmat Məktəbi fəaliyyət göstərir.
2024-2025-ci tədris ilində məzunlardan 227 nəfəri ali təhsil müəssisələrinə qəbul olmuş, onlardan 11 nəfəri 600 baldan yüksək nəticə göstərmişdir.
2024-2025-ci tədris ilində keçən ilin müvafiq dövrü ilə müqayisədə ali təhsil müəssisələrinə qəbulda 600 baldan yüksək nəticə göstərən məzunların sayı artmışdır.
2024-2025-ci tədris ilində Ucar şəhər 2, 3, 4, Qazyan 3, Xələc, Müsüslü və Qaracallı kənd 1 nömrəli tam orta ümumtəhsil məktəblərinin ali təhsil müəssisələrinə qəbul nəticələri yüksək olsa da, Ucar şəhər 5 nömrəli, Yuxarı Şilyan, Məlikballı, Bağban, Qazıqumlaq 1, Bərgüşad 2 və Küçəkənd kənd tam orta ümumtəhsil məktəblərində ali təhsil müəssisələrinə qəbul nəticələri zəif olmuşdur.
Məzunlardan rayonun Qaracallı kənd 2 nömrəli tam orta ümumtəhsil məktəbin şagirdi Nəzrin Saadova qızıl nişanla təltif olunmuşdur. Blok imtahanında III ixtisas qrupu üzrə Müsüslü kənd tam orta ümumtəhsil məktəbin məzunu Aysel Babaşlı 395.5 bal toplayaraq region üzrə ən yüksək nəticə göstərmiş, ümumi balı 691.3 olmuşdur. Ucar şəhər 2 nömrəli tam orta ümumtəhsil məktəbin məzunu Fuad Cənnətov rus bölməsi üzrə 391.7 bal toplayaraq II qrup üzrə Respublikada ən yüksək nəticə göstərmiş və ümumi balı 674 olmuşdur.
Rayon mərkəzində Heydər Əliyev Fondu tərəfindən müasir standartlara uyğun tədris avadanlıqları ilə təchiz olunmuş 720 şagird yerlik Ucar şəhər 2 nömrəli tam orta ümumtəhsil məktəbinin binasının tikintisi başa çatdırılmışdır.
2025-ci ildə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən Uşaq Gənclər İnkişaf Mərkəzi, Ucar şəhər 7 nömrəli körpələr evi-uşaq bağçası cari, Ucar şəhər 1, 2 və 4 nömrəli körpələr evi-uşaq bağçaları əsaslı təmir olunmuşdur.
Dövlət əyani ümumtəhsil müəssisələri
| 2020 | 2021 | 2022 | 2023 | 2024 | 2025 | |
| Dövlət əyani ümumtəhsil müəssisələrinin sayı | 45 | 45 | 45 | 44 | 44 | |
| o cümlədən | ||||||
| İbtidai | 2 | 2 | 2 | 1 | 1 | |
| Orta | 7 | 7 | 7 | 7 | 7 | |
| Tam orta | 36 | 36 | 36 | 36 | 36 | |
| Dövlət əyani ümumtəhsil müəssisələrində şagirdlərin sayı nəfərlə | 12225 | 12269 | 12054 | 11847 | 11531 | |
| o cümlədən | ||||||
| İbtidai | 21 | 16 | 12 | 7 | - | |
| Orta | 679 | 672 | 658 | 619 | 576 | |
| Tam orta | 11516 | 11572 | 11384 | 11221 | 10955 | |
| Dövlət əyani ümumtəhsil müəssisələrində qızların sayı (nəfərlə) | 5845 | 5807 | 5734 | 5584 | 5488 | |
| müəllimlərin sayı (nəfərlə) | 1233 | 1227 | 1097 | 1075 | 984 |
Dövlət məktəbəqədər müəssisələri
| 2020 | 2021 | 2022 | 2023 | 2024 | 2025 | |
| Dövlət məktəbəqədər müəssisələrinin sayı | 22 | 22 | 22 | 22 | 22 | |
| o cümlədən | ||||||
| Şəhər | 7 | 7 | 7 | 7 | 7 | |
| Kənd | 15 | 15 | 15 | 15 | 15 | |
| Dövlət məktəbəqədər müəssisələrində uşaqların sayı (nəfərlə) | 1215 | 1225 | 1178 | 1046 | 913 | |
| o cümlədən | ||||||
| Şəhər | 645 | 645 | 560 | 489 | 506 | |
| Kənd | 570 | 580 | 618 | 557 | 407 | |
| Dövlət məktəbəqədər müəssisələrində qızların sayı (nəfərlə) | 556 | 556 | 506 | 412 | 398 | |
| Dövlət məktəbəqədər müəssisələrində yerlərin sayı (nəfərlə) | 1380 | 1380 | 1380 | 1380 | 1260 | |
| o cümlədən | ||||||
| Şəhər | 705 | 705 | 705 | 705 | 645 | |
| Kənd | 675 | 675 | 675 | 675 | 615 |






