Rayon haqqında
Səhiyyə
Əhalinin sağlamlığı dövlətin daim diqqət mərkəzindədir. Belə ki, əhalinin sosial rifahını yaxşılaşdırmaq üçün rayonda bir çox sosial təyinatlı obyektlər fəaliyyət göstərir.
Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən respublikada səhiyyənin inkişafına, onun maddi texniki bazasının möhkəmləndirilməsinə və əhalinin sağlamlığının qorunmasına göstərdiyi diqqət və qayğı rayon səhiyyəsində də özünü göstərmiş, müasir tibbi avadanlıqlarla təchiz edilmiş 110 çarpayılıq mərkəzi rayon xəstəxanası və onun poliklinika şöbəsi tərəfindən rayon əhalisinin sağlamlığının qorunmasında, yoluxucu xəstəliklərin qarşısının alınmasında, qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsində lazımi tədbirlər görülmüş və ya ciddi səy göstərilmişdir.
Hazırda rayon əhalisinə Mərkəzi Xəstəxana, Ailə Sağlamlıq Mərkəzi, 11 kənd həkim məntəqəsi, 11 tibb məntəqəsi, 2 kənd Ailə Sağlamlıq Mərkəzi tibbi xidmət göstərir.
Rayonun səhiyyə sistemində 2025-ci il ərzində 107 ştat vahidi olmaqla 55 nəfər həkim kimi fəaliyyət göstərir.
2025-ci il ərzində “Ucar Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsdə 110 xəstəxana çarpayısı fəaliyyət göstərmişdir. Əhalinin hər 10000 nəfərinə 12,5 çarpayı düşür. Hesabat ilinin 12 ayı ərzində rayon üzrə stasionara 2270 nəfər xəstə daxil olmuş, 2196 nəfər müalicə olunub evə yazılmış, 9 nəfər stasionarda vəfat etmişdir. 46 nəfər başqa xəstəxanaya köçürülmüşdür.
2025-ci il ərzində stasionarda 9 ölüm hadisəsi olmaqla, onlardan 1-i terapiya şöbəsində, 8-i reanimasiya şöbəsində vəfat etmişdir.
Rayonda yoluxucu xəstəliklərə qarşı mübarizə işi gücləndirilmiş, yerlərdə aparılan profilaktiki tədbirlər nəticəsində bir sıra təhlükəli yoluxucu xəstəliklər, o cümlədən polimelit, göyöskürək, malyariya qeydə alınmamış və ya aşkar edilməmişdir.
2025-ci il ərzində uşaqların sağlamlığının müayinəsi istiqamətində işlər davam etdirilmiş, uşaqların icbari dispanserizasiyası həyata keçirilmiş, aşkarlanan xəstəliklərin müalicəsi Rayon Mərkəzi Xəstəxanasında və ya Bakı şəhərində davam etdirilmişdir.
Bütün bunlarla yanaşı qeyd edilməlidir ki, rayonun səhiyyə təşkilatlarında kadr çatışmazlığı, başqa sözlə 107 həkim ştat vahidindən 52-nin boş olması səhiyyənin keyfiyyətinin yüksəldilməsində müəyyən çətinliklər yaradır. Xüsusilə kənd həkim və tibb məntəqələrində həkim kadrlara ciddi ehtiyac vardır. Problemin həll olunması üçün müvafiq təşkilatlar qarşısında məsələ qaldırılmalıdır.
| Səhiyyə üzrə göstəricilər | 2020 | 2021 | 2022 | 2023 | 2024 | 2025 |
| Bütün ixtisaslardan olan həkimlərin sayı | 59 | 60 | 61 | 57 | 55 | |
| Əhalinin 10000 nəfərinə | 6,5 | 6,6 | 7,2 | 6,7 | 6,4 | |
| Orta tibb işçilərinin sayı (nəfərlə) | 240 | 240 | 242 | 218 | 223 | |
| Əhalinin 10000 nəfərinə | 26,6 | 26,5 | 28,6 | 25,6 | 26,1 | |
| Xəstəxana müəssislərinin sayı | 1 | 1 | 1 | 1 | 1 | |
| Xəstəxana çarpayılarının sayı | 110 | 110 | 110 | 110 | 110 | |
| Əhalinin 10000 nəfərinə | 12,2 | 12,21 | 13,0 | 12,9 | 12,9 | |
| Əhaliyə ambulator poliklinika yardımı göstərən müalicə müəssislərinin sayı | 14 | 14 | 14 | 14 | 14 | |
| Əhalinin proflaktik müayinəsi | 11530 | 11200 | 12500 | 11999 |






