Rayon haqqında
Kənd təsərrüfatı
Kənd Təsərrüfatı
Ucar rayonu ölkənin mühüm kənd təsərrüfatı rayonlarından biridir. Rayonun iqtisadiyyatında heyvandarlıq, taxılçılıq, tərəvəzçilik aparıcı rol oynayır. Bununla yanaşı təsərrüfatlarda kartof və bostan məhsulları da istehsal olunur.
Kənd təsərrüfatının inkişafı diqqət mərkəzində saxlanılmış, kənd təsərrüfatı məhsulları istehsalçılarına tətbiq edilən güzəştlərdən istifadə edə bilmələri haqqında, torpağın meliorativ cəhətdən yaxşılaşdırılması, münbitliyinin bərpası və mühafizəsi, səmərəli aqrotexniki, aqrokimyəvi, meliorativ, fitosanitar və eroziyaya qarşı mübarizə tədbirləri barədə tövsiyələr verilmişdir.
Ötən il Respublika Prezidentinin tapşırıq və tövsiyələrinə uyğun olaraq baramaçılığın inkişafına diqqət artırılmış, rayon üzrə 4370.65 kq barama tədarük olunmuşdur. Ölkə Prezidentinin “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” 2007-ci il 23 yanvar tarixli Sərəncamına uyğun olaraq il ərzində əkin sahələrinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına yardımın verilməsi davam etdirilmişdir.
Azərbaycan Respublikası Prezidentinin müvafiq göstərişi ilə kənd təsərrüfatı texnikasının dəyərinin 40 faizinin dövlət tərəfindən bağışlanması və satılmış texnika ilə bağlı yaranmış borcların eyni hissəsinin dövlət hesabına silinməsinə, habelə güzəştli şərtlərlə satılan mineral gübrələrin həcminin 50 manatdan 80 manata qədər artırılmasına və mineral gübrənin satış qiymətinə tətbiq edilən güzəştin həcminin 50 faizdən 70 faizə qədər yüksəldilməsinə qərar verilməsi kənd təsərrüfatı ilə məşğul olan aqrar sahibkarlar tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanmışdır. Bu güzəştlər rayonda lizinq yolu ilə sahibkara satılmış kombayn, traktor, maşın və mexanizmlər, kənd təsərrüfatı alətlərinin alınmasına tətbiq edilmişdir.
Qeyd etmək lazımdır ki, rayon üzrə lizinq yolu ilə texnika və aqreqat almış sahibkarlara texnika və aqreqatına 40 faiz güzəşt olunmuşdur ki, bu da kənd təsərrüfatına olan təlabatın ödənilməsində mühüm rol oynamışdır. Elə bunun nəticəsidir ki, rayonunda özügedən saz texnikaların sayı 308, asma-qoşmalı 74, yedəkli 32, taxıl kombaynı isə 14 ədəddir və onlar fermerlərə xidmət göstərir.
Rayonda iri və xırda buynuzlu heyvanlara baytarlıq xidmətinin yaxşılaşdırılması üçün məqsədyönlü işlər görülmüş, xəstəliklərə qarşı mübarizə gücləndirilmiş, rayonda heyvanlar arasında heç bir yoluxucu xəstəlik qeydə alınmamışdır. Heyvanların cins tərkibinin yaxşılaşdırılması istiqamətində aparılan tədbirlər davam etdirilmiş, il ərzində 2204 baş iri buynuzlu heyvan süni yolla mayalandırılmış, 1027 baş cins bala alınmışdır. 2024-cü il ərzində mal-qaranın baş sayı 85 min 932 baş olmuşdur. Ümumilikdə rayonun təsərrüfatlarında 18 min 636 ton ət, 62 min 201 ton süd, 33 milyon 017 min ədəd yumurta istehsal olunmuşdur. 2024-cü ildə 14435 hektar taxıl sahəsindən 39 min 370 ton məhsul toplanmışdır ki, bu da əvvəlki illə müqayisədə 345 ton az olmaqla hər hektardan məhsuldarlıq 27,3 sentner olmuşdur.
Azərbaycan Respublikasında çəltikçiliyin inkişafına dair 2018–2025-ci illər üçün təsdiq olunmuş Dövlət Proqramına uyğun olaraq rayonumuzda çəltikçiliyin inkişafı diqqət mərkəzində saxlanılmış və femerlərlə söhbətlər aparılmış və bunun nəticəsi olaraq son 5 ildə çəltik sahələrinin 269 hektar artaraq 1069 hektara çatdırılmışdır.
Azərbaycan Respublikasında çəltikçiliyin inkişafına dair 2018–2025-ci illər üçün təsdiq olunmuş Dövlət Proqramına uyğun olaraq rayonumuzda çəltikçiliyin inkişafı diqqət mərkəzində saxlanılmış və femerlərlə söhbətlər aparılmış və bunun nəticəsi olaraq son 5 ildə çəltik sahələrinin 220 hektar artaraq 680 hektara çatdırılmışdır.
Hesabat dövründə rayon ərazisində istifadəyə verilmiş Quşçuluq Sənaye Kompleksinin quş əti emalı müəssisəsi və quş yetişdirmə fabriki öz fəaliyyətini davam etdirmişdir.
| Göstəricilər | Ölçü vahidi | İ l l ə r | ||||
| 2021 | 2022 | 2023 | 2024 | 2025 | ||
| Dənli və paxlalılar | hektar | 15347 | 15410 | 15417 | 16065 | |
| Buğda | hektar | 6457 | 6463 | 6050 | 6204 | |
| Arpa | hektar | 7957 | 7964 | 8380 | 8231 | |
| Dən üçün qarğıdalı | hektar | 303 | 305 | 307 | 561 | |
| Çəltik | hektar | 630 | 678 | 680 | 1069 | |
| Kartof | hektar | 320 | 324 | 326 | 327 | |
| Tərəvəz | hektar | 1759 | 1766 | 1770 | 1780 | |
| Bostan bitkiləri | hektar | 188 | 190 | 191 | 189 | |
2024-cü ildə kəsilmiş çəkidə 18636,0 ton ət, 62201,0 ton süd, 33017 min ədəd yumurta, 152,0 ton yun istehsal edilmiş, 2023-cü illə müqayisədə kəsilmiş çəkidə ət istehsalı 5548 ton və ya 42,4 faiz, yumurta istehsalı 229 min ədəd və ya 0,7 faiz, yun istehsalı 5 ton və ya 3,4 faiz çox, süd istehsalı 4993 ton və ya 7,4 faiz az olmuşdur.
2024-cü ildə diri çəkidə 27015,6 ton ət, 62201,2 ton süd, 33017 min ədəd yumurta, 152,0 ton yun istehsal olunmuşdurr.
2023-cü illə müqayisədə ət istehsalı 39,4 faiz, yumurta istehsalı 0,7 faiz, yun istehsalı 3,4 faiz artmış, süd istehsalı 7,4 faiz azalmışdır.
İl ərzində iri buynuzlu mal-qaranın, inək və camışların,qoyun və keçilərin sayında artım müşahidə olunmamışdır.
Heyvandarlıq
| Göstəricilər |
Ölçü vahidi |
İ l l ə r | ||||
| 2021 | 2022 | 2023 | 2024 | 2025 | ||
| İri buynuzlu mal | baş | 59242 | 59273 | 46105 | 40764 | |
| O cümlədən inək camış | baş | 33305 | 33334 | 29111 | 26931 | |
| Qoyun və keçi | baş | 55532 | 55569 | 49538 | 45168 | |
| Arı ailələrinin sayı | min | 2,319 | 2,346 | 2,409 | 2,152 | |
| Quşlar | baş | 517274 | 517330 | 484606 | 469557 | |
“Azərbaycan Respublikası Regionlarının sosial iqtisadi inkişafı Dövlət Proqramının (2019-2023-cü illər)” üzrə nəzərdə tutulmuş tədbirlərin ardıcıl surətdə uğurla həyata keçirilməsi, sahibkarlığın inkişafına Dövlət tərəfindən hərtərəfli qayğı göstərilməsi təsərrüfatlarda əkinə marağı daha da artırmışdır.






